Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Venesuela hakimiyyətinə qarşı məxfi əməliyyatının üstü açılıb

"Associated Press" 2018-ci ildə ABŞ Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən gizli əməliyyatların təfərrüatlarını əks etdirən məxfi məlumat əldə edib...

Poliqon xəbər verir ki, həmin sənəddə gizli əməliyyatçılar Venesuelaya ölkə rəhbərliyinə qarşı narkotik alveri ilə bağlı işlərin qeydə alınması və qurulması üçün göndərilib. Bu, Venesuela prezidenti Nikolas Maduro da daxil olmaqla, onlarla insanı hədəf alan və illərlə davam edən istintaqın bir hissəsi olub.

15 səhifəlik memorandumda məxfi məlumat verənlərə Cənubi Amerika ölkəsini narkotik dövlətə çevirməkdə şübhəli bilinən Venesuela rəsmilərini qeyd etməyə istiqamətləndirən gizli plan açıqlanır. Hədəflər arasında ölkənin elektrik naziri, habelə ticarət naziri və Venesuelanın IRS rəhbəri də daxil olmaqla bir neçə yüksək vəzifələrdə çalışmış mərhum Huqo Çavesin keçmiş köməkçisi Xose Vielma da olub.

Üç informatora hədəflərlə gizli görüşləri gizli şəkildə qeyd etməyə icazə verilib, onlar nəticədə çirkli pulların yuyulması ittihamı olunub. Lakin hazırda onıar Venesueladadırlar.

"Bu əməliyyatı birtərəfli qaydada və Venesuela rəsmilərini xəbərdar etmədən keçirmək lazımdır", deyə rəsmilər qeyd ediblər.

AP faktiki qeydi dərc etmir və ya məlumat verənləri təhlükəyə atmamaq üçün onların adını açıqlamır.

"Məxfi mənbələrin DEA ilə əməkdaşlığının ev sahibi ölkə rəsmiləri tərəfindən ifşa ediləcəyi təqdirdə təhlükə altında qalması ilə bağlı xüsusi bir risk var. Potensial cəzalara həbs də daxildir", deyə memorandumda qeyd edilir.

Agentliyin məlumatına görə, sənədlə bağlı bu məlumatın yayılması ABŞ və Maduronun sosialist hökuməti arasında münasibətlərin çətin anına təsadüf edir və ABŞ-ın iddia edilən müdaxiləsinin Latın Amerikasında narazılığın artmasına səbəb ola biləcəyi deyilir.

Poliqon.info


Etiket: ABŞ Venesuela


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar