Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın ticarət savaşları: Vaşinqton qloballaşma ideyasından tam imtina edib?

Natiq Cəfərli: “ABŞ-ın atdığı addımlar sırf öz maraqlarına və daxili auditoriyasına hesablanıb”

Əhəd Məmmədli: “Qlobalizm dövrü nəinki Amerika, Avropadada geridə qalmaqdadır. Qərb yenidən millətləşmə, dəyərlərinin mühafizə etmə dövrünə qayıdır”.

ABŞ, Çin başda olmaqla demək olar ki, böyük iqtisadiyyata sahib olan bütün dünya ölkələri ilə ticarət savaşına başlayıb. Bu prosesdə qlobalizm hərəkatı arxa planda qalmaqdadır. Hətta BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zamanı ABŞ prezidenti Donald Tramp ABŞ-ın artıq qlobalizm ideyasından imtina etdiyini bildirib. Onun sözlərinə görə, gələcəkdə ABŞ yalnız ona hörmət edən və onunla dostluq əlaqələri quran ölkələrə beynəlxalq miqyasda yardım göstərəcək. Trampın ABŞ-ın qlobalizm ideyasından imtina etməsi ilə bağlı bəzi ekspertlərin fikrincə, bu gedişat siyasi realllıqlara söykənir və əsasən ziddiyyətlidir.

Bu aspektdə ABŞ-ən hazırda yürütdüyü iqtisadi siyasət hamı üçün böyük maraq kəsb etməkdədir. Çünki ABŞ qlobalizmin ideya atası olmaqla yanaşı, həm də bu ideyanın ruporu da hesab olunurdu. Ən əsası isə ABŞ-ın fövqəldövlət olaraq gələcəyi də dünya iqtisadiyyatənən qloballaşmasına və vahid sistemdə formalaşmasına dayanırdı. Amma Tramp hakimiyyətə gəldikdən sonra ABŞ milli iqtisadiyyat formuluna geri dönməkdədir. Diqqət çəkən məqamlardan biri də odur ki, yürütdüyü süyasət bütün aspektlərdə ciddi tənqidə məruz qalan Trampın qloballaşmadan imtina etmə və ticarət savaşı başlama siyasəti demək olar ki, tənqid olunmur. Hətta demokrtalar belə Trampın başlatdığı ticarət savaşlarını tənqid etməkdən uzaqda dururlar. Ya da buna çalışırlar. Respublikaçılar isə Tarmpın elan etdiyi ticarət savaşlarını sadəcə alqışlayırlar.

Onu da etiraf etməliyik ki, Trampın qloballaşmadan imtina siyasəti ABŞ siyasətinin inkişaf tempini daha da sürətləndirib. ABŞ iqtisadiyyatı hazırda böyüməkdədir və bu da respublikaçıların noyabrda keçiriləcək aralıq seçkilərdə qalib gəlmələri üçün əsas faktordur.

Qlobalizmi yumşaq desək, arxa plana keçirən ABŞ-ın əsas strategiyası nədən ibarətdir və qlobalizmdən yayınan ABŞ-ın bundan ziyan çəkməsi mükündürmü? Eyni zamanda ABŞ-ın yeni iqtisadi strategiyası kiçik ölkələrin iqtisadiyyatına necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərli və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: "Belə görünür ki, ABŞ-ın atdığı bu addımlar daxili istehsalın qorunması, daxili istehsalın artırılmasına xidmət edəcək”.

ABŞ-ın qlobalizmdən kənarlaşmasının kökündə öz maraqlarının durduğunu bildirən iqtisadçı Natiq Cəfərliyə görə, bütün hallarda ABŞ-ın qaydaları pozmağa çalışması sonrakı dönəmlərdə onun öz iqtisadiyyatı üçün ciddi problemlər yaradacaq:

“Əslində bu məsələ ilə bağlı dünya mediasında da kifayət qədər maraqlı məlumatlar yayımlanır. ABŞ prezidenti Donald Trampın BMT-dəki çıxışında çox maraqlı cümlə var idi ki, ABŞ qloballaşma prosesinin artıq sona çatdığını və ABŞ-ın maraqlarının hər şeydən üstün olduğunu bildirmişdi. Son 50 illik tarixi götürsək, qloballaşmada və bu məsələni qabağa aparmaqda maraqlı olan ölkə ABŞ olub. İndi isə demək olar ki, trend dəyişir və Tramp komandası dünyaya yeni gözlə baxmağa başlayıb.

Eyni zamanda Tramp komandası ABŞ maraqlarını qlobal oyun qaydalarından daha üstün tutmağa çalışır. Hətta Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını da pozur. ÜTT-nin yaranmasında da ABŞ-ın müstəsna rolu olub. Buna baxmayaraq, son ticarət müharibələri, vergi və gömrük rüsumlarının artırılması ÜTT-nin qaydalarına ziddir. Tramp sosial media vasitəsilə bəyan etmişdi ki, maneəçilik olduğu təqdirdə ABŞ ÜTT-dən də çıxa bilər. Əslində bu məsələ yeni situasiyadır və bu günə qədər dünyanın qarşılaşmadığı problemlərdir.

Son 50 ildə dünyada bəlli bir oyun qaydaları var idi. Həm qlobal ticarət, həm də qlobal şiddətlərin fəaliyyəti ilə bağlı razılaşdırılmış mövqelər var idi və bu oyun qaydaları 50 ildir heç bir tərəf pozmurdu. Lakin indi ABŞ-ın özü qaydaları pozmağa başlayıb. Əslində ilkin olaraq belə görünür ki, ABŞ-ın atdığı bu addımlar daxili istehsalın qorunması, daxili istehsalın artırılmasına xidmət edəcək. ABŞ biznes çərçivələri bu addımı çox müsbət qarşılayırlar. Lakin mən tam əksini düşünürəm.

Natiq Cəfərli: “ABŞ gömrük rüsumlarının artırılması yolu ilə daxili istehsalı stimuallaşdırmaq istəsə, bunun üçün zamana ehtiyac olacaq və qiymətlər bahalaşacaq”.

Əgər bu proses bir neçə il davamlı şəkildə getsə, ziyanı ən çox ABŞ çəkəcək. Çünki ABŞ əhalisi və biznesi artıq gündəlik tələbat mallarının istehsalından çox uzaq qalıb. Çin, Hindistan və başqa ölkələrdən gələn gündəlik tələbat mallarının ABŞ-da istehsalına yenidən başlamaq uzun zaman almaqla yanaşı, çox baha başa gələ bilər.

Misal üçün, bu gün ABŞ-da satılan geyimlərin təxmini 70%-ə yaxını Çindən gəlir. Demək olar ki, artıq ABŞ-da geyim istehsalı yoxdur və ancaq lüks brendlərin çox bahalı geyimləri var. Əgər ABŞ gömrük rüsumlarının artırılması yolu ilə daxili istehsalı stimuallaşdırmaq istəsə, bunun üçün zamana ehtiyac olacaq və qiymətlər bahalaşacaq. Gömrük rüsumlarının artırılması isə bir müddət sonra sadə Amerika istehsalçılarına həmin malları daha baha qiymətə almağa vadar edəcək. Yəni, bu günə qədər Çindən malları ucuz alırdılarsa, gömrük rüsumlarının qaldırılması qiymətləri təxminən 25-30% artıracaq.

Bir müddət sonra Amerika əhalisinin özü belə bu vəziyyətdən narahat olmağa başlayacaq. Ona görə də düşünürəm ki, bugünkü siyasət ABŞ-ın özünə orta və uzunmüddətli ciddi ziyan vura bilər. Bu ziyanın qarşısını almağın yolu isə məhz yeni oyun qaydalarının deyil, ədalətli oyun qaydalarının dünyada tətbiq edilməsi ilə bağlı olmalıdır. Təəssüf ki, hələlik ABŞ-ın atdığı addımlar sırf öz maraqlarına və daxili auditoriyasına hesablanıb.

Natiq Cəfərli: “Əgər bu proses bir neçə il davamlı şəkildə getsə, ziyanı ən çox ABŞ çəkəcək”.

ABŞ-ın atdığı bu addımlar dünya ticarətinin zəifləməsinə səbəb olacaq. Dünya ticarətinin zəifləməsi dalğavari effekt yarada bilər və inkişaf etməkdə olan ölkələrin, kiçik ölkələrin iqtisadiyyatına mənfi təsir göstərə bilər. Əsasən də Asiya ölkələrinin iqtisadiyyatı mmənfi təsirlə üzləşə bilər. Çünki son 20 ildə dünya ticarətində gündəlik tələbat məhsullarının istehsalı Asiya bölgəsi, Çin, Vyetnam, Hindistan və s. ölkələrdə üstünlük təşkil edir.

Dünya ticarət müharibələri, yəni gömrük rüsumlarının artırılması ümumilikdə bu ölkələrdə istehsalın azalmasına və nəticədə dünyada ticarət dövriyyəsinin azalmasına səbəb ola bilər. Bu isə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün ciddi təhlükədir. Dünya ticarətinin zəifləməsi dünya iqtisadiyyatının tənəzzülə uğraması ilə nəticələnə bilər. Hətta bəzi ekspertlər yaxın 2 ildə növbəti dünya böhranının olacağını bəyan edirlər və bunun üçün kifayət qədər əsaslar var”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli isə mövzu ilə bağlı PİA.az-a verdiyi açıqlamasında qlobalizmin artıq tarixə çevrildiyini dilə gətirib.

Əhəd Məmmədli: “Tramp bir xristiançı, yəhudi təəsübkeşidir. İqtisadi tərəfə gəldikdə isə, Tramp bir biznesmendir və ölkəsini ilk növbədə biznesmen kimi idarə edir”.

Amerika və Avropada millətçilər, mühafizakarlar, xristian fundamentalistləri hakimiyyətə gəlməkdə olduğunu dilə gətirən Əhəd Məmmədliyə görə ABŞ -ı tək prezident idarə etmədiyindən rəsmi Vaşinqtonun strategiyasının bundan sonra nədən ibarət olması, Trampı dəstəkləyən sion elitası ilə ona qarşı çıxan anqlo-saks elitası arasında mübarizənin nəticəsindən sonra bəlli olacaq. ABŞ tarixində bəlkədə ən böyük elitalar arası savaşı yaşaynır:

“Qlobalizm dövrü nəinki Amerika, Avropadada geridə qalmaqdadır. Qərb yenidən millətləşmə, dəyərlərinin mühafizə etmə dövrünə qayıdır.
Amerika və Avropada millətçilər, mühafizakarlar, xristian fundamentalistləri hakimiyyətə gəlməkdədirlər. Tramp bir xristiançı, yəhudi təəsübkeşidir. İqtisadi tərəfə gəldikdə isə, Tramp bir biznesmendir və ölkəsini ilk növbədə biznesmen kimi idarə edir. Tramp Avropaya deyir, biz daha sizin təhlükəsizliyiniz naminə pul xərcləyən deyilik, özünüz xərcləyin. Eyni sözü ərəb monarxiyalarınada deyir. Çinə isə deyir ki, daha rahat amerikan bazarı sizin üçün açıq olan deyil.

Əhəd Məmmədli: “Belə davam etsə, ABŞ tarixində ilk dəfə avtoritar üsul idarəyə keçə bilər”.

ABŞ -ı tək prezident idarə etmədiyindən rəsmi Vaşinqtonun strategiyasının bundan sonra nədən ibarət olması, Trampı dəstəkləyən sion elitası ilə ona qarşı çıxan anqlo-saks elitası arasında mübarizənin nəticəsindən sonra bəlli olacaq. ABŞ tarixində bəlkədə ən böyük elitalar arası savaşı yaşaynır. Tramp prezidentliyini bərkitməkdədir. Artıq məhkəmə strukturundada üstünlük Trampın əlindədir.

Belə davam etsə, ABŞ tarixində ilk dəfə avtoritar üsul idarəyə keçə bilər. Bütün bunlardan ABŞ uda bilər ya yox düşünürəm ki, yox.abş iqtisadiyyat naminə hər kəslə konfrantasiyaya keçsə, xarici siyasəti ikinci plana atsa bu ABŞ bir nömrəli fövqaldövlət daha etməyəcək. Bu isə istənilən halda ABŞ üçün ziyanlı ssenaridir”.

Gülşən ŞƏRİF
Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ən çox oxunanalar