Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın OPEC-ə təsir imkanları qalıbmı və Vaşinqton bu dəfə karteli həqiqətən cəzalandıracaqmı?

ABŞ-ın hər dəfə neftin qiyməti qalxanda qışqırması və OPEC-in qiymətləri aşağı salmaq barədə hərəkətsiz davranmaına görə sanksiya çağırışı etməsi artıq bezdiricidir....

Vail Mehdi
“Şarkul Avsat” qəzeti, Türkiyə, 19 noyabr 2021-ci il

Təəssüf ki, ABŞ hökuməti ikili və ziddiyyətli siyasətini davam etdirir. Bir tərəfdən, ABŞ siyasətçilərinin iddia etdiyi kimi neft qiymətlərini manipulyasiya edən bir təşkilat olduğu üçün OPEC-ə sanksiya tətbiq edərkən, digər tərəfdən də neftin qiymətini aşağı salmaq üçün OPEC-in müdaxilə etməsini istəyir. Bu, açıq-aşkar ziddiyyət deyilmi?

ABŞ prezidenti Co Baydenin neftlə bağlı dəqiq bir siyasəti yoxdur və ABŞ administrasiyası qiymətləri aşağı salmaq üçün heç nə edə bilməz. Onun edə biləcəyi yeganə şey strateji neft ehtiyatlarının bazara çıxarılması haqqında daim danışmaqdır. Görünür, prezident Bayden digər istehlakçı ölkələrin də bunu etməsini istəyir.

Vaşinqtonun “Neft hasilatı və ixracı kartellərinə yox” (NOPEC) adlı qanun layihəsini gündəmə gətirməklə hər dəfə karteli təhdid etməsi yeni hadisə deyil. Bu qanun layihəsi uzun illərdir parlamentdə senatorlar tərəfindən müzakirə edilir. Cavab almaq istədiyim sual isə budur: ABŞ, həqiqətən də bu dəfə bunu edəcək? Yoxsa bu qanun OPEC-i terror etmək üçün isilah olaraq parlamentdə yatıb qalacaq?

Hər dəfə ABŞ Senatı NOPEC qanununu tətbiq etmək üçün hərəkətə keçəndə qurumun qaranlıq bir gələcəkyə girəcəyi düşünülür. Əslində, bu qanun təsdiq olunarsa, inhisarçılıq təcrübəsi olan və ya qiymətlərə nəzarət edən neft ixracatçısı ölkələri qanuni şəkildə izləmək hüququ verir. Bu qanun prezidentlər Corc Buş, Barak ObamaDonald Tramp dövründə dəfələrlə gündəmə gətirilib. Senatın OPEC-ə qarşı düşmənçiliyinə baxmayaraq, Obama istisna olmaqla, digər prezidentlər Amerikanın neft sənayesini dəstəkləyib və Səudiyyə Ərəbistanı ilə möhkəm əlaqələrə malik olublar. Hətta prezident Obama OPEC-ə qarşı heç bir addım atmayıb.

Prezident Bayden həqiqətin nə olduğunu başa düşmür və neft bazarlarının dinamikasından xəbərsiz olduğu görünür. O, nə ABŞ-da, nə də xaricdə neft sənayesini dəstəkləmir. Lakin bundan əziyyət çəkən təkcə OPEC ölkələri deyil, əksinə, hətta Amerika neft şirkətləri belə mənfi siyasətlərinə görə hasilatı artıra bilmirlər. OPEC-i cəzalandırmaq həll yolu deyil, çünki indiki böhran neft böhranı deyil, ümumilikdə enerji sektoru böhranıdır. Bunun səbəbi qalıq yanacaq əleyhinə siyasətdir. Əslində, neft, qaz və kömür kimi qalıq ehtiyatlardan aşağı qiymətə enerji istehsalı hesabına iqlim siyasətinə keçid neft qiymətlərinə ciddi dərəcədə təsir göstərib.

Digər tərəfdən, OPEC səbəb olmadığı struktur böhranını həll edə bilməz. Neft tələbi ilə bağlı aydınlığın olmadığı bir dövrdəyik və bu, davam edən pandemiya və ya neft qiymətlərinin yaxşılaşması və bəzi ölkələrdə hasilatın artması ilə əlaqədar gələn il üçün gözlənilən təkliflə bağlıdır. Həmçinin neft bazarı siyasi müdaxilədən yox, müstəqil tələb və təklifdən asılı olmalıdır. OPEC bu böhranı təkbaşına həll edə bilməz. Çünki hasilatın artması, qiymətlərin aşağı düşməsi digər ölkələrin istehsalına ziyan vuracaq. Mövcud böhran yalnız ABŞ və digər ölkələrin iqlim problemlərinə açıq və səmimi yanaşması ilə həll edilə bilər. Əslində, onların düşmənçilik siyasəti qalıq yanacaqlara investisiyaların azalmasına səbəb olur. Bu, bütün mənbələrdən hasilatın azalmasına və qlobal iqtisadiyyatda gözlənilən artıma uyğun olaraq infrastrukturun genişləndirilməsinin mümkünsüzlüyünə gətirib çıxarır.

OPEC-in ən köhnə üzvlərindən olan Qətəri təşkilatdan çıxmağa vadar edən səbəblərdən biri də OPEC-ə “NOPEC” tətbiq ediləcəyi qorxusu olub. Məhz bu narahatlıqlar Rusiyanın OPEC ilə uzunmüddətli institusional ittifaq yaratmaq istəməməsinə səbəb oldu. Bu gün OPEC və OPEC+ alyansı qlobal enerji bazarında sabitliyin mənbəyidir. OPEC+-in pozulması bazarların təhlükəsizliyinin və sabitliyinin pozulmasına səbəb olacaq. Mən Baydenin NOPEC qanununu tətbiq etməkdən çəkindiyini istisna etmirəm. Bəs o, həqiqətən də qlobal iqtisadiyyata və ABŞ-da neft hasilatına yaratdığı təhlükənin fərqindədirmi?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar