Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın İrana qarşı sanksiyaları qüvvəyə mindi: Regionda nələr gözlənilir? - Azər Rəşidoğlunun şərhi

Siyasi şərhçi: “Güman etmirəm ki, bu sanksiyaların nəticəsində İran iqtisadi və siyasi baxımdan tamamilə çökə bilər”

ABŞ-İran münasibətləri gərginləşməyə doğru gedəcək, lakin bunu münasibətlərin sonu kimi dəyərləndirmək də düzgün deyil. Yaxın vaxtlarda danışıqlar prosesinin növbəti mərhələsinə başlanıla biləcəyini güman edirəm. Məhz bu vadar etmə nəticəsində əlbəttə ki, Tehran tərəfdən ciddi bəyanatlar veriləcək. Son nəticədə yen də məsələ danışıqlar prosesində həll olunacaq”.

Bu sözləri siyasi şərhçi Azər Rəşidoğlu ABŞ-ın İrana qarşı tətbiq etdiy sanksiların 2-ci mərhələsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb.

Altı maddədən ibarət yeni sanksiya paketi

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu gündən qüvvədə olan sanksiyalar 6 maddədən ibarətdir. Birinci maddə İranın liman operatorları, yük və gəmiqayırma sektorunu əhatə edir. Sanksiyalar İran İslam Respublikasının Gəmiçilik Xətləri, Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatlara tətbiq ediləcək. İkinci maddə isə neftlə bağlı əməliyyatları nəzərdə tutur. Sanksiyalar İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışına beynəlxalq məhdudiyyətləri əhatə edir.

Digər maddə İranın maliyyə sektorunu hədəf alıb. Sanksiyaların məqsədi xarici maliyyə qurumlarının İran Mərkəzi Bankı və bəzi maliyyə təşkilatları ilə əməliyyatlarını məhdudlaşdırmaqdır. Dördüncü maddə də İran Mərkəzi Bankı və bir sıra maliyyə institutlarına əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutur.

İrana qarşı sanksiyaların beş və altıncı maddələri isə nəqliyyat və sığorta şirkətləri, eləcə də İranın enerji sektoruna məhdudiyyətləri əhatə edir.

8 ölkə sanksiyalardan kənarda saxlanılıb

ABŞ-ın dövlət katibi Mayk Pompeonun sözlərinə görə, 8 ölkəyə İrana qarşı tətbiq olunan sanksiyalardan güzəştə gediləcək. “İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan, ancaq tamamilə dayandırmayan 8 ölkəyə müvəqqəti güzəşt tətbiq olunacaq”, deyə dövlət katibi qeyd edib.

O, İranın sutkalıq neft ixracının 1 milyon barrel azalacağını gözlədiklərini bildirib.

Hələ tam siyahı açıqlanmasa da güzəştə cedilən ölkələr arasında Cənubi Koreya, Yaponiya kimi Uzaq Şər ölkələri və İranın qonşusu olaraqTürkiyənin yer aldığı bildirilir.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin isə deyib ki, bu gündən qüvvədə olan sanksiyalar çərçivəsində daha 700-dən çox İran vətəndaşı və təşkilat qara siyahıya əlavə ediləcək.

Xatırladaq ki, Birləşmiş Ştatlar nüvə razılaşmasından çıxdıqdan sonra ABŞ-ın dövlət katibi Mayk Pompeo may ayında İranla yeni bir razılaşmaya ehtiyac olduğunu vurğulayıb və 12 maddəlik şərt paketi təqdim edib.

Bu sanksiyaların İrana ciddi təsirlərə malik olacağını İran höküməti də etiraf edir. İrandakı hazırkı vəziyyətin Azərbaycana olacaq siyasi və iqtisadi təsirləri ilə bağlı nə demək olar? Ümumiyyətlə İranla bağlı kataklizmlər bütövlükdə regionun geosiyasətinə necə təsir edə bilər? Həmçinin İranın Avropa Birliyi ilə sonuna qədər nüvə sazişini qoruya biləcək? Əgər bu saziş tamamilə pozulsa İranın nüvə silahı əldə etmək üçün açıq fəaliyyətə başlamasını gözləmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı siyasi şərhçi Azər Rəşidoğlunun fikirlərini öyrənib.

Azər Rəşidoğlu: “İran ABŞ-Avropa ölkələri arasında olan qarşıdurmadan istifadə edərək öz neftini Türkiyə və Avropa ölkələrinə sata bilər”.

ABŞ-ın sanksiyalarının İrana ciddi təsir göstərə biləcəyini vurğulayan siyasi şərhçi Azər Rəşidoğlu əlavə edib ki, bu sanksiyaların nəticəsində İran iqtisadi və siyasi baxımdan tamamilə çökə bilməz:

ABŞ-ın sanksiyaları İrana ciddi təsir göstərə biləcək. Amma mən güman etmirəm ki, bu sanksiyaların nəticəsində İran iqtisadi və siyasi baxımdan tamamilə çökə bilər. Sadəcə olaraq danışıqlar prosesində Tehran rejimi daha passiv mövqe tutacaq.

Əlbəttə ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar neftin qiymətinə də təsir göstərəcək. Azərbaycan da neft ölkəsi üçün bu sanksiyalar ölkəmizə ciddi mənada mənfi təsir göstərə bilməz. Çünki ən azı neftin qiyməti sabit qalacaq, ya da qalxacaq.

Nəzərə alsaq ki, netf bazarına nəzarət suni şəkildə həyata keçiriləcək, bu baxımdan sanksiyaların bölgəyə ciddi təsir göstərəcəyi qənaətində deyiləm. Bir daha vurğulayım ki, Tehran ilə danışıqlarda onu daha ciddi güzəştlərə vadar etmək üçün bu sanksiyalardan bir taktika kimi istifadə ediləcək. ABŞ-İran münasibətləri gərginləşməyə doğru gedəcək, lakin bunu münasibətlərin sonu kimi dəyərləndirmək də düzgün deyil.

Yaxın vaxtlarda danışıqlar prosesinin növbəti mərhələsinə başlanıla biləcəyini güman edirəm. Məhz bu vadar etmə nəticəsində əlbəttə ki, Tehran tərəfdən ciddi bəyanatlar veriləcək. Son nəticədə yen də məsələ danışıqlar prosesində həll olunacaq.

Azər Rəşidoğlu: “İranın Türkiyə və Çinə, o cümlədən Avropa ölkələrinə öz neftini çıxarmaq şansı var”.

İran növə sazişində qalmağa imkan verilməyəcək. Bu birməlalı məsələdir. Amma indi təzad ondan ibarətdir ki, Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-la Avropa qitəsi arasında qarşıdurma müşahidə olunur. Artıq aparıcı Avropa ölkələri, məsələn Almaniya daha müstəqil siyasət yeritməyə başlayıblar.

Bu baxımdan da onlar ABŞ-ın istəyinə boyun əymək firkində deyillər. İran ABŞ-Avropa ölkələri arasında olan qarşıdurmadan istifadə edərək öz neftini Türkiyə və Avropa Ölkələrinə sata bilər. Odur ki, ABŞ sanksiyalarının o dərəcədə ciddi təsir göstərəcəyi ehtimalı azdır.

AvropaABŞ arasında qarşıdurma Türkiyə, Azərbaycan, İran, Çin kimi ölkələrə hardasa, sərf edir. İranın Türkiyə və Çinə, o cümlədən Avropa ölkələrinə öz neftini çıxarmaq şansı var. Artıq ABŞ-ın dediyi qanun kimi qəbul edilmir. Buna görə də sanksiyaların uzadılması məhz ABŞ-ın istəyi, iradəsi və hikkəsi ilə həyata keçirilir.

Yəqin ki, İran indi ikitərəfli əlaqələrə üstünlük verəcək. Bir daha qeyd edim ki, bu ölkələr dəTürkiyə, Azərbaycan, Avropa ölkələri və Çin olacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Ən çox oxunanalar