Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Dövlət Departamenti F-16-ların Türkiyəyə satışı imkanlarını açıqlayıb

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında İsveçin NATO üzvlüyünü və F-16 təyyarələrinin Türkiyəyə satış prosesini qiymətləndirib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Miller İsveçlə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilməsini müsbət qarşıladıqlarını və layihənin Böyük Millət Məclisində qəbul edilərək imzalanmasını gözlədiklərini bildirib.

O, qeyd edib ki, F-16-ların satışı və İsveçin NATO-ya üzvlüyü bir-biri ilə əlaqəli məsələlər deyil. ABŞ sözçüsü Konqresdə bu mövzuda bəzi problemlərin olduğunu bildirib. Miller F-16-lar da daxil olmaqla iki ölkə ilə bağlı mövzularda həssaslıqla çalışdıqlarını vurğulayıb.

F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildirişin nə vaxt ediləcəyi ilə bağlı Miller bu məsələdə, "hazırda nə vaxt irəliləyişə hazır olacağımıza dair şərh vermək istəməzdim", - deyib.

ABŞ Prezidenti Cozef Bayden və digər rəsmilər əvvəlki açıqlamalarında Türkiyənin hərb hava donanmasını F-16-larla modernləşdirilməsini dəstəklədiklərini və bunun NATO-nu daha da gücləndirəcəyini bildiriblər.

İsveçin NATO-da iştirakına dair Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi ötən il 26 dekabrda Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənib.

Poliqon.info 


Etiket: F-16


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar