Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dan sonra Suriya: Problemin nizamlanma ehtimalı var?

Politoloq: “ABŞ Suriyadan çəkiləndən sonra Suriyada siyasi çözüm prosesinə ciddi əngəl qalmayacaq”

ABŞ-ın Suriyadan çəkildi, amma həmin əraziləri doldurmaq istəyən bir neçə Avropa ölkəsi öz iştahlarını ortaya qoymaq istəyirlər”.

Bu sözləri politoloq Natiq Miri ABŞ-ın Suriyadan çəkilməsindən sonra bölgədə yaranmış vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığından sonra Suriyanı tərk etmək haqqında qərar verməsi dünya gündəmində ən çox müzakirə oluanan məslələrdən biridir. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp atdığı tvit-lə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya məsələsinə dair uzun bir danışıq apardığını bəyan edib. Prezidentlər arasındakı telefon danışığının detallarıyla bağlı “Vaşinqton Post” qəzeti tərəfindən bir iddia ortaya atılıb. İddiaya görə, Tramp telefon danışığında prezidenti Ərdoğana “Suriya sizindir, mən gedirəm” deyib.

Trampın bu qərarı ilə bağlı artıq iki gurultulu istefa baş verib. Trampın Suriyadan çəkilmə qərarını düzgün hesab etməyən ABŞ müdafiə naziri Ceyms Mettis vəprezidentin İŞİD-lə mübarizədə xüsusi nümayəndə Bret Makqörk istefa verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Fəratın şərqinə yönəlik əməliyyatı ləngitməsi ilə bağlı qərar qəbul edib. Həmçinin Türkiyə prezidenti ABŞ hərbiçilərinin

Türkiyədən çıxarılmasından məmnunluğunu dilə gətirib. Qeyd edək ki, Türkiyə ABŞ-dan terrorçu PKK/YPG-PYD qruplaşmasına dəstək verməyi dayandırmağı və Fərat çayının şərqindən onların çıxarılmasını tələb edirdi.

Həmçinin Trampın Suriyadan çəkilmə qərarını Rusiya Prezidenti Valdimir Putində alqışlayıb. Rusiya prezidenti Trampın doğru qərar verdiyini deyib.

Xatırladaq ki, 18 dekabrda İsveçrənin Cenevrə şəhərində baş tutan görüşdə İran, Türkiyə və Rusiya xarici işlər nazirləri Suriyanın yeni konstitusiyasını yazacaq komitə qurublar. Bu barədə məlumat verən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Suriya Konstitusiya Komitəsi adlanan bu qurum ilk toplantısını 2019-cu ilin ilk günlərində keçirəcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Suriya Konstitusiya Komitəsinin fəaliyyətində ortaq məxrəcə gəldiklərini vurğulayıb. Rəsmilər bildirib ki, komitənin fəaliyyətində Suriya təmsilçiləri də iştirak edəcəklər.

ABŞ-ın çəkilməsi Suriya probleminin nizamlanmasına necə təsir edəcək?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Düşünürəm ki, BMT-in nəzarəti altında Suriyada demokratik bir seçki keçiriləcək və xalqın seçdiyi hakimiyyət legitim olaraq yeni Suriyanın başında olacaq. Çünki dünənə qədər bu prosesə əngəl yaradacaq ən böyük amil məhz ABŞ və onun dəstəklədiyi PKK terroru idi”.

Türkiyənin Suriyada öz hərbi varlığını artıq ciddi şəkildə artdığını vurğulayan politoloq Natiq Miri PİA.az-a açıqlamasında qeyd edib ki, hərəkat prosesi çərçivəsində PKK terrorçuları ilə paralel olaraq İŞİD terroru da tamamilə Suriyadan təmizlənəcək. Məhz bundan sonra Suriyada siyasi çözüm prosesi surətlənəcək:

ABŞ-ın Suriyadan çəkildi, amma ABŞ-ın çəkildiyi əraziləri doldurmaq istəyən bir neçə Avropa ölkəsi öz iştahlarını ortaya qoymaq istəyirlər. Ancaq düşünürəm ki, Türkiyə ilə ABŞ prezidentləri arasındakı anlaşmada bu məsələyə yer yoxdur. Yəni əgər ABŞ-ın Suriyadan çıxmasından narahat olan Avropa ölkələri İŞİD-la mübarizəni bəhanə edib Suriyaya ordu yeritmək istəyərlərsə, bu yöndə Türkiyə ABŞ prezidenti qarşısında konkret öhdəlik götürüb ki, İŞİD-ı Suriyanın şimalında və Fərət çayının şərqində tamamilə bitirəcək.

Bu baxımdan Türkiyə Suriyada öz hərbi varlığını artıq ciddi şəkildə artırıb və bu proses intensivləşib. Düşünürəm ki, yeni hərbi hərəkat prosesi çərçivəsində PKK terrorçuları ilə paralel olaraq İŞİD terroru da tamamilə Suriyadan silinəcək. Məhz bundan sonra Suriyada siyasi çözüm prosesi surətlənəcək. Çünki dünənə qədər bu prosesə əngəl yaradacaq ən böyük amil məhz ABŞ və onun dəstəklədiyi PKK terroru idi.

Natiq Miri: “Türkiyə hərbi əməliyyata başlayandan sonra Suriyadakı siyasi çözümü əngəlləyən bütün terror ünsürləri tamamilə təmizlənəndən sonra Suriyada siyasi çözüm üçün heç bir əngəl qalmayacaq”.

ABŞ Suriyadan çəkiləndən sonra Suriyada siyasi çözüm prosesinə ciddi əngəl qalmayacaq. Artıq hiss olunur ki, bu yöndə hərəkətə keçirilib. Bildiyimiz kimi BMT çərçivəsində Cenevrədə yeni Suriya konstitusiyasını hazırlamaq üçün komissiyanın siyahısı 3 dövlət arasında razılaşdırılaraq BMT-yə təqdim olunub.

Hesab edirəm ki, yaxın 6 ay çərçivəsində bu məsələ tamamilə öz həllini tapandan sonra, artıq Suriyada siyasi çözüm prosesi surətlənəcək. Yəni Türkiyə hərbi əməliyyata başlayandan sonra Suriyadakı siyasi çözümü əngəlləyən bütün terror ünsürləri tamamilə təmizlənəndən sonra Suriyada siyasi çözüm üçün heç bir əngəl qalmayacaq. Bundan sonra təbii ki, Suriyadan köç edən yüz minlərlə suriyalıların öz tərk etdikləri evlərinə, torpaqlarına qayıtmaq prosesi başlayacaq.

Həmçinin BMT-in nəzarəti altında Suriyada demokratik bir seçki keçiriləcək ki, xalqın seçdiyi hakimiyyət də legitim olaraq yeni Suriyanın başında olacaq. Təxmini plan bu yöndədir və ABŞ-ın Suriyadan çəkilməsi də bir növ bu prosesə, yəni siyasi çözüm prosesinə yaşıl işıq yandırdı”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

İsrail ordusunun onlarla qırıcısı "Hizbullah"a zərbələr endirir

Ən çox oxunanalar