Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Çinin sülh planına reaksiya verib...

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi bildirib ki, Vaşinqton Kiyevə münaqişənin həlli ilə bağlı heç bir təzyiq etməyəcək…

Poliqon.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Xəbərdə qeyd edilir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ukraynadakı vəziyyətin nizamlanması üçün Pekinin təklifləri ilə sənəddə yer alan milli suverenlik haqqında bəndin vacibliyinə diqqət çəkib.

“İlk növbədə, milli suverenliyə hörməti təsbit edən birinci bəndi qeyd etmək istərdim" deyə Sallivan qeyd edib.

Sallivan həmçinin bəyan edib ki, Vaşinqton Kiyevə münaqişənin həlli üçün heç bir həll yolunda təzyiq etməyəcək.

“Mən sizə deyə bilərəm ki, ABŞ Ukraynaya bu müharibənin necə bitəcəyini diktə etməyəcək”, deyə Amerika liderinin müşaviri bildirib.

Fevralın 24-də Çin Xarici İşlər Nazirliyi Ukraynada 12 bənddən ibarət sülh yolu ilə nizamlanma planını təqdim edib. Sənəddə Ukraynada böhranın eskalasiyasının qarşısını almaqla atəşkəs elan etməyə, hərbi əməliyyatlara son verməyə, eləcədə Rusiya və Ukrayna tərəfləri arasında dialoqun tezliklə bərpasına çağırışlar yer alıb.

Planda vurğulanır ki, münaqişənin yeganə həlli dialoqdur və beynəlxalq ictimaiyyət sülh danışıqlarının asanlaşdırılması üçün düzgün yanaşmaya sadiq qalmalıdır.

Poliqin.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar