Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Lisani bir həftədən artıqdır aclıq aksiyasında

Yanvar ayının 15-dən Ərdəbilin mərkəzi həbsxanasında saxlanılan tanınmış türk fəalın təqribən bir həftə əvvəl başlatdığı aclıq aksiyası davam edir

Bu haqda Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyi məlumat yayıblar.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin bildirdiyinə görə, Lisani məhkəmə dosyesi ilə bağlı məlumat alma hüququnun pozulduğuna etiraz bildirmək üçün aclıq aksiyası başladıb.

Siyasi məhbus aclıq aksiyasına başlamadan əvvəl bu barədə telefon vasitəsilə öz yaxınlarına məlumat verib.

Məhkəmə Lisaninin hökmü haqda: Qərar qanuna və şəriətə uyğundur
Tanınmış fəalın bildirdiyinə görə, həbsxana məsulları məhbusun vəkilinin hazırladığı vərəqələri ona verməkdən imtina edirlər.

“Həbsxana məsulları vəkilimin məhkəmə iclasına hazırlanmağım üçün göndərdiyi vərəqələri mənə çatdırmaqdan imtina etsələr, mayın 27-dən etibarən aclıq aksiyasına başlayacağam” - deyə, türk fəal may ayının 25-də bildirib.

Ərdəbildə yaşayan fəal keçən təqribən 15 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb.

Lisani bundan əvvəl həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.

pia.az


Etiket: Abbas Lisani

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Ən çox oxunanalar