Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

9 May kimin bayramıdır? – Deputatdan açıqlama

“Bu qələbə bir Sovet bayramı düşüncəsi ilə bizim təqvimimizdən silindi. Amma düşünürük ki, bu, yanlış bir şey idi. Tarix silinməməlidir. Tarixi yaddaş silinməməlidir”...

Bu gün biz İkinci Dünya müharibəsinin qələbəsinin 75 illiyini qeyd edirik. Bu qələbədə o vaxt SSRi-nin tərkib hissəsi olan Azərbaycanın rolu və əhəmiyyəti danıllmazdır. Bu artıq hamımıza bəllidir ki, məhz Azərbaycan neftinin sayəsində Sovet ordusu Reyxstaqa qədər çıxıb gedə bildi. Azərbaycanın bu müharibədə yüz minlərlə şəhidi oldu. Ölkəmizin Milli qəhrəmanları da bu müharibədə iştirak etdilər".

Bunu Milli.Az-a Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

"Əlbəttə, bu gün bizim tariximiz üçün də əhəmiyyətli bir gündür. Bu günü biz hər zaman, Sovet dövründə də bayram kimi qeyd edildiyini xatırlayırıq", - o deyib.

"Amma müəyyən bir dövrdən, Azərbaycanın müstəqillik əldə etdiyindən sonra bayramlar məsələsində müəyyən dəyişikliklər edildi. Və bu qələbə bir Sovet bayramı düşüncəsi ilə bizim təqvimimizdən silindi. Amma düşünürük ki, bu, yanlış bir şey idi. Tarix silinməməlidir. Tarixi yaddaş silinməməlidir", - deputat bildirib.

"O zaman canından keçənlər üçün bu tək Vətən idi. Vətən uğrunda canından keçən insanların ruhunu incitmiş olardıq. Azərbaycanın bu qələbəyə verdiyi töhfələri kölgə altında qoymuş olardıq. Ona görə də Ulu öndərin çox düşünülmüş addımlarından, gələcəyi görəcək addımlarından biri kimi biz bunu dəyərləndirməliyik. Bir çox unudulmuş və üstündən xətt çəkimiş ənənələrimizin, milli-mənəvi dəyərlərimizin bərpa edilməsində aldığı böyük rol kimi, eyni zamanda 9 mayın bir bayram kimi qeyd edilməsi yönündə göstərdiyi səyləri, iradəni əlbəttə ki, biz dəyərləndiririk və çox yüksək qiymətləndiririk. Allah Ulu öndərimizə də rəhmət eləsin, onun 97-ci ildönümü olacaq, biz onu hər zaman böyük ehtiramla, sevgi ilə anırıq və hər bir zaman da anacağıq", - J.Əliyeva qeyd edib.

pia.az


Etiket: 9 May

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar