Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

76 dövlət əmlakı hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi yanvarın 22-də keçirəcəyi növbəti hərraca 76 dövlət əmlakı çıxarılıb

Komitədən verilən məlumata görə, onlardan 23-ü səhmdar cəmiyyət, 33-ü kiçik dövlət müəssisə və obyekti, 20-si qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 12,2 kvadratmetr ilə 11 min 266 kvadratmetr arasındadır. İnvestorlar seçdikləri dövlət əmlaklarının fəaliyyətini bərpa etməklə yanaşı, həm də digər istiqamət üzrə yenidən quraraq gəlir qazana bilər. Oğuz rayonu, Kərimli kəndindəki anbar kompleksi 13 min kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 3 min 100 kvadratmetrdir. Ən yüksək ümumi faydalı sahəsi olan dövlət əmlakı Balakən şəhəri, Atatürk prospektində yerləşir.

Kiçik sahibkarlıq fəaliyyəti üçün uyğun olan qeyri-yaşayış sahələrindən 11-i paytaxtda, 4-ü Sumqayıtda, digərləri isə Gəncə, AğdaşDaşkəsəndə yerləşir.

Ümumi faydalı sahəsi 5,8 kvadratmetr ilə 162,9 kvadratmetr intervalında olan bu obyektlər qiymət baxımından da hər kəsə uyğun ola bilər. Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsindəki dövlət əmlakının ümumi faydalı sahəsi 147 kvadratmetrdir. Sahibi bu qeyri-yaşayış sahəsindən həm ofis, həm də xidmət obyekti kimi istifadə edə bilər.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat və digər sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Ağdaş Quşçuluq", "Material Təchizat", "Goranboy Aqrotexservis", "İsmayıllı Təmir Tikinti" kimi səhmdar cəmiyyətləri var. Paytaxtla yanaşı, ölkənin müxtəlif bölgələrində yerləşən səhmdar cəmiyyətlərinin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar