Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

30 min manata kinoteatr satışa çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 14-də keçiriləcək hərracla bağlı məlumat yayıb


PİA.AZ komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşların hərracların keçirildiyi məkana gedə bilməmək kimi problemini aradan qaldırıb: “Növbəti hərraca sərmayəçilər üçün yeni biznes imkanları yarada biləcək 192 dövlət əmlakı çıxarılıb. Bunlardan 19-u səhmdar cəmiyyəti, 97-si kiçik dövlət müəssisə və obyekti, 60-ı qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsidir. Budəfəki hərraca çıxarılan dövlət əmlaklarının fəaliyyət istiqamətinin, ərazi, ümumi faydalı sahə və qiymət kateqoriyalarının müxtəlif olması investorlara geniş seçim imkanı vəd edir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Salyan, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. Bu səhmdar cəmiyyətlərin 30-45%-lik intervalda səhm paketləri prosesə çıxarılıb. Azərmetalinvest, Bərdə Kərpic, Kürdəmir Quşçuluq  kimi səhmdar cəmiyyətləri sənaye, təmir-tikinti, aqrar və digər iqtisadi sahələr üzrə fəaliyyət göstərməyə imkan verir. Çoxlu sayda mağaza, kafe-restoran, zavod, fabriklərin rayon filialları və digər xidmət sahələri üzrə kiçik dövlət müəssisə və obyektləri vətəndaşların sahibkarlıq arzularının reallaşdıra biləcək əmlaklardır. Ümumi faydalı sahəsi 1562 kv.m, torpaq sahəsi ilə birlikdə 450 min manat ilkin qiymət təyin olunan "İstisu" mehmanxanası” Yevlax rayonunda yerləşir. Obyektin özəlləşdirilərək müasir və fərqli formada yenidən qurulması investora turizm xidmətlərində yüksək gəlir qazandırmaqla bərabər, bölgəyə turist axınına şərait yarada biləcək. Tərtər şəhəri, E.Hüseynov küçəsində yerləşən “Tərtər” kinoteatrının ümumi faydalı sahəsi 376 kv.m-dir. Fəaliyyətinin bərpa edilməsi ilkin qiyməti 30 min manat təyin olunan bu əmlakı sakinlərin asudə vaxtlarını keçirməsinə xidmət edən obyektə çevirə bilər. Volkswagen, Chevrolet, BMW, QAZ, Kamaz kimi avtomobil brendlərindən olan, buraxılış ili 1989-2012 intervalındakı maşınlar hərraca çıxarılan dövlət əmlakları arasındadır. Hər kəsə maraqlı ola biləcək bu nəqliyyat vasitələrinə ən aşağı ilkin qiymət 800 manat, ən yuxarı isə 9 min manat təyin olunub.
 
Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 11 kv.m ilə 376 kv.m, ilkin qiyməti isə 900 manat və 100 min manat aralığındadır. Bu dövlət əmlakları Bakı, Gəncə, Mingəçevir, Şirvan kimi müxtəlif şəhər və rayonlarda yerləşir.
 
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarlıqla məşğul olmaq arzusunda olan şəxsləri, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir”.
 
Qeyd edək ki, hər kəs prosesə evdən, iş yerindən və olduğu bütün məkanlardan elektron resursların köməyi ilə qoşula bilər. Özəlləşdirmə portalından dövlət əmlaklarını seçən investor müvafiq keçiddə qeydiyyatdan keçib, əmlakın ilkin qiymətinin 10%-ni ödəyərək sifarişçiyə çevrilir. Həmin şəxslər təyin edilmiş vaxtda prosesə həm məkana gələrək, həm də internet şəbəkəsindən qoşula bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ən çox oxunanalar