Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“2025-ci ildən sonra Rusiya sülhməramlılarının Qarabağdan çıxacağı mütləqdir” - Politoloq

2025-ci ildə Rusiya sülhməramlılarının müddəti başa çatdıqdan sonra regionda ermınilər vəziyyəti necə idarə edəcəklər?..

Azər Qasımov: “Ermənistan reallıq hissini itirib sərhəddə ordu yığmaqla öz taleyi ilə oynayır”.

“Hesab etmək olar ki, bir neçə min erməniyə görə Rusiya Azərbaycanla əlaqələrini korlanmasını istəməz”.

Bu sözləri politoloq Azər Qasımov Ermənistanın bütün vəchlə sülh sazişindən qaçmaq cəhdlərini Poliqon-a şərh edərkən qeyd edib.

Həyata keçirdikləri son təxribatlardan sonra hər zamankı kimi Bakını günahlandıran Ermənistan, ordusunu hazır vəziyyətə gətirib. Eyni zamanda sərhəddə olan Avropa missiyası müşahdiəçilərini də ərazidən çıxarıb. Ermənistan, Azərbaycan tərəfinin güya həyata keçirdiyi təxribata görə ordusunu gücləndirdiyini iddia edir. Görünən odur ki, Ermənistan sülh müqaviləsi arzusunda deyil və məhz bu müqavilənin imzalanmaması üçün əlindən gələni edir.

Belə vəziyyət nə vaxta qədər davam edə bilər və 2025-ci ildə Rusiya sülhməramlılarının müddəti başa çatdıqdan sonra regionda proseslərin inkişafını necə ehtimal etmək olar?

AzərbaycanErmənistan münasibətlərinin indiki mərhələsini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Erməniyə üç-beş silah verib, onların ağlına siz qələbə çalarsız, siz qəhrəmansız fikirlərini salırlar. Erməni də buna inanır”.

Azərbaycanın beş ilin tamamına altı ay qalmış yenidən beş ilə sülhməramlıların Qarabağda qalmasına razılıq verəcəyi ehtimalının özünün belə müzakirəyə ehtiyac olmadığını qeyd edən politoloq poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycan buna heç vaxt razı olmayacaq:

Ermənistan reallıq hissini itirib sərhəddə ordu yığmaqla öz taleyi ilə oynayır. Güc nisbətinin kimin tərəfində olduğunu deməyə ehtiyac yoxdur. Ermənilərin bunu təhlükəsizlik üçün bunu etdikləri deyilsə də, onları boş xəyallara şirnikləndirənlər çoxdur. Erməniyə üç-beş silah verib, onların ağlına siz qələbə çalarsız, siz qəhrəmansız fikirlərini salırlar. Erməni də buna inanır. Təbii ki, içlərində bunun belə olmadığını bilən ağıllıları da vardır. Amma görünən odur ki, bu, hələlik azlıq təşkil edir.

2025-ci ildən sonra Rusiya sülhməramlılarının Qarabağ ərazisindən çıxacağı mütləqdir. Məsələ ondadır ki, tərəflərdən birinin istəməməsi durumunda Rus sülhməramlı kontingenti ərazidən çıxmalıdır. Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib və bununla da Azərbaycan ərazisində söz demək hüququnu itirib. Bu durumda avtomatik olaraq rus ordusunun Qarabağdan çıxması mütləqdir, çünki tərəflərdən biri razılıq hüququnu itirib. Bu da şərtə görə rus ordusunun ərazidən çıxarılmasını labüd edir, yəni beş ilin tamamında əlavə prosedura ehtiyac yoxdur.

Azərbaycanın beş ilin tamamına altı ay qalmış yenidən beş ilə bu məsələdə razılıq verəcəyi ehtimalının özü belə müzakirəyə ehtiyac duymur. Azərbaycan buna heç vaxt razı olmayacaq. Rusiya isə Azərbaycanın istəyini yerinə yetirməli olacaq. Hesab etmək olar ki, bir neçə min erməniyə görə Rusiya Azərbaycanla əlaqələrini korlanmasını istəməz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Ən çox oxunanalar