Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2025-ci ildən ölkəyə plastmas şprislərin idxalı gömrük rüsumundan azad edilir

Həcmi 2 millilitr və ya daha az olan, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan, – həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan və digər plastmasdan iynəli və ya iynəsiz şprislərin ölkəyə idxalı 31 dekabr 2024-cü ildən idxal gömrük rüsumundan azad edilir.

PİA.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

31 dekabr 2024-cü ilə qədər iynəli və ya iynəsiz şprislərin həcmi 2 millilitr və ya daha az olanların 1 ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayanların 1 ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayanların 1 ədədi üçün 0,03 ABŞ dollar, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayanın 1 ədədi üçün 0,04 ABŞ dolları, digərlərinin 1 ədədi üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu tətbiq olunacaq.

Qeyd edək ki, insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan plastmasdan iynəli və ya iynəsiz şprislərin ölkəyə idxalı gömrük rüsumundan azaddır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı”

Ən çox oxunanalar