Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2024-cü ildə tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələri artırılacaq

2024-cü ildə gəlirlər üzrə siyasətin əsas istiqamətlərindən biri də vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsidir...

Poliqon xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilir ki, sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi, tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi və tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələrinin artırılması, vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakları siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlakların reyestr məlumatlarına əsasən vergi ödəyicisinin və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınması nəzərdə tutulur.

Eyni zamanda vergi inzibatçılığının təkmilləşdirilməsi, borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin və torpaq vergisi ilə bağlı müddəaların təkmilləşdirilməsi, vergi ödəyicisinin vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin görülməsi, avans ödənişlərə görə elektron qaimə-fakturanın verilməsi və onun verilmə vaxtının müəyyən edilməsi nəzərdə tutulub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Ən çox oxunanalar