Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

163 Nobel mükafatçısı Putinə etiraz məktubu imzaladı

Nobel mükafatı almış 163 elm adamı Rusiyanın Ukraynaya hücumunu pisləyən açıq məktub yayıb.

Azpost.info xəbər verir ki, dünya şöhrətli alimlər müharibəyə başlamaqla Rusiyanın BMT Nizamnaməsini və Budapeşt Memorandumunu pozduğunu xatırladıblar:

“Necə ki nasist Almaniyası 1939-cu ildə oxşar hiylələr və yalançı təxribatlarla Polşaya və 1941-ci ildə Sovet İttifaqına hücum etdi, Rusiya hökuməti də prezident Putinin rəhbərliyi altında qonşu dövlət Ukraynaya əsassız hərbi təcavüzə başladı. Biz burada sözlərimizi diqqətlə seçirik, çünki rus xalqının bu təcavüzdə rol oynadığına inanmırıq”, – məktubda deyilir.

Nobelçi alimlər Rusiya ordusunun hərəkətlərini və prezident Putinin Ukraynanın mövcudluğunun legitimliyini inkar etməsini pisləyiblər. Onların fikrincə, Moskvanın bu işğalı onun qarşıdakı onilliklər üçün beynəlxalq nüfuzuna ləkə yaxdı: “Bu, ölkənin iqtisadi inkişafına böyük zərbə və Rusiya əhalisi üçün çətinlik mənbəyi olacaq”.

Alimlər Rusiyanın ali rəhbərliyini qoşunları Ukraynadan çıxarmağa və müharibəni dayandırmağa çağırıblar: “Biz ukraynalıların sakitliyinə və gücünə hörmət edirik. Biz sizinləyik. Qəlbimiz artıq ölən, yaralanan ukraynalıların və rusların ailələri ilədir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar