Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

118 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən elektron sifariş və onlayn iştirak imkanlarından istifadə ilə sentyabrın 18-də növbəti hərrac keçirilib

Komitədən bildirilib ki, bu dəfə iştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir.

Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki obyektin ümumi faydalı sahəsi 242 kvadratmetrdir. Torpaq sahəsi ilə birgə ilkin qiymət təyin olunan bu əmlaka iştirakçı tərəfindən 107 min 500 manat təklif olunub.

Daha bir ofis və xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 46/9 ünvanında yerləşir. Bu əmlakın ümumi faydalı sahəsi 376 kvadratmetr, satış qiyməti isə 100 min manatdır.

Reallaşan hərracların nəticələri, özəlləşdirilən dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyən şəxslər komitənin rəsmi saytında (www.emdk.gov.az) müsabiqə və hərraclar bölməsində “nəticələr” keçidinə daxil ola bilər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Komitə tərəfindən keçirilən hərraclarda hər kəs məhdudiyyətsiz formada iştirak edərək dövlət əmlakına sahib ola bilər. Özəlləşdirilən müxtəlif kateqoriyalı dövlət obyektlərinin sonrakı fəaliyyəti ölkədə həm iqtisadi, həm də sosial vəziyyətə müsbət təsir göstərir. İnvestisiya yatırılmış müəssisələr yeni və müasir standartlara uyğun yenidən qurulur. Bu fəaliyyət nəticəsində yeni iş yerləri yaranır, əhalinin məşğulluq səviyyəsi artır. Özəlləşdirilən müəssisələrdə istehsal olunan məhsullar və ya göstərilən xidmətlər ilə ölkə daxilində vətəndaşların tələbatları ödənilir.

Sentyabrın 25-də baş tutacaq növbəti hərraca ümumilikdə 118 dövlət əmlakı çıxarılıb. Onlardan 83-ü kiçik dövlət müəssisə və obyekti, 28-i qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir. Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı, komitənin rəsmi saytı, “facebook” sosial şəbəkəsindəki rəsmi səhifə və “privatization.az” səhifəsi vasitəsilə aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Ən çox oxunanalar