Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Tələbələrə başqa ölkələrdə güzəşt, Azərbaycanda isə cərimə və həbs verirlər"

"Təhsil haqqını ödəmə bilməməsindən şikayətlənən tələbələr 700 manat cərimələnib"...

PİA.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

“Qəribə ölkədə yaşayırıq, təhsil haqqını ödəmək imkanı olmadığından şikayət edən 5 tələbə bütövlükdə 700 manat cərimə olunur. Bundan əlavə tələbələrdən biri Rüstəm İsmayılbəyli də 15 sutka inzibati həbs cəzası alıb. Rüstəm İsmayılbəylinin adı ilk dəfə hazırda İsveçrədə xərçəng xəstəliyindən müalicə alan Mehman Hüseynov həbsdə olarkən ona dəstək verilməsi üçün keçirilmiş aksiya ilə bağlı hallanmışdı. Bu dəfə də etirazçı digər tələbələrlə birlikdə Təhsil Nazirliyində qəbul edilmiş və dinlənilmişdir. Pandemiya dövründə dərslərin onlayn keçirilməsi və keyfiyyətinin aşağı düşməsi yalnız Azərbaycanda deyil, ABŞ-da da tələbələri narazı salıb. Hazırda mənim çalışdığım Rutgers Universitetində də tələbələr təhsil haqlarının azaldılmasını tələb ediblər. Onların şikayəti buna əsaslanır ki, hər zaman onlayn və auditoriyada canlı dərs götürməyin qiyməti fərqli olub, odur ki, Universitet təhsil haqlarında tələbələrə güzəşt etməlidirlər. Əks təqdirdə əgər onlayn dərslər davam edəcəksə, o halda tələbələrin bəziləri akademik məzuniyyət götürməyi planlaşdırır. Yaxın vaxtlarda ABŞ Universitetləri tələbələri narahat edən bu və digər məsələlərə dair yekun qərar verəcəklər. Odur ki, Azərbaycan Təhsil Nazirliyi də tələbələrin müraciətinə baxıb münasibət bildirməli, 15 sutka inzibati həbs cəzası kəsilmiş Rüstəm İsmayılbəyli dərhal həbsdən azad edilməlidir. Onun və digər tələbələrin təhsil haqqının ödənilməsi məsələsinə Universitetlərə pandemiya ilə əlaqədar ayrılmış 40 milyon manatlıq maliyyə yardımı çərçivəsində baxılmalı və onların problemləri həll edilməlidir. Nəhayət, tələbələrin 700 manatlıq cəriməsinin ödənilməsi üçün ictimai kampaniya başlamalıdır” – Q.İbadoğlu qeyd edib.(Pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

İsrail HHQ Livanın cənubunda "Hizbullah" qüvvələrinə hücum edib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Ən çox oxunanalar