Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rasim Quliyevin bu işdə heç bir günahı yoxdur" - Baş memar

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə Bakı şəhərinin baş memarı Akif Abdullayev bildirib ki, birinci instansiya məhkəməsində verdiyi ifadə dəyişdirilib:

"Rasim Quliyevin bu işdə heç bir günahı yoxdur. O, vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətindəki bütün layihələr hazır idi. Rasim Quliyevdə möhür olması barədə məlumatım yoxdur, o bizim işimizə heç bir halda nəzarət etmək səlahiyyətində deyildi".

Daha sonra prosesdə ifadə verən "FF-2011" şirkətinin rəhbəri Tamella İbrahimova bildirib ki, o ərazidə tikinti aparmaq üçün Rasim Quliyevin sərəncamına qədər tikinti sənədlərini həll edib:

"Biz Rasim Quliyevin sərəncamına qədər bütün işləri həll etmişdim. Tikintiyə sərəncamı da almışdım, tikinti nişanını da. Rasim Quliyevin sərəncamının mənə heç bir aidiyyəti yox idi. Rasim Quliyev sərəncam verənə qədər biz binanın 4 mərtəbəsini tikmişdik".

Proses martın 16-da davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar