Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nazirlik tərtib etdiyim sualı oğurlayıb"... - Müəllimdən iddia... - Video

Müəllim sualının nazirlik tərəfindən oğurlandığını deyir..

Poliqon.info Xəzər TV-yə istinadən bildirir ki, Şəmkirdə yaşayan, müəllimlik və repetitorluqla məşğul olan Tamara Abdullayeva iddia edir ki, iyulun 15-də Texnologiya fənni üzrə müləlimlərin işə qəbulu imtahanında salınmış 40 ixtisas sualının bir çoxu onun hazırlıq üçün tərtib etdiyi test bankından götürülüb. Məsələ ilə bağlı məlumatı imtahanda iştirak edənlərdən aldığını deyən Tamara Abdullayevanın  sözlərinə görə, bu hal onun müəlliflik hüquqlarının pozulmasıdır.

Tamara Abdullayeva deyir ki, onda şübhə yaradan digər hal Texnologiya fənni üzrə imtahana salınan sualların ictimai müzakirəyə çıxarılmamasıdır. Bu isə tək onun yox, imtahanda iştirak edənlərin də hüquqlarının pozulmasıdır və o, məsələ ilə bağlı artıq Elm və Təhsil Nazirliyinə müraciət edib.

Elm və Təhsil Nazirliyindən isə bildirildi ki, iddia tamamilə əsassızdır. MİQ imtahanlarına daxil edilən suallar xüsusi ekspert qrupu tərəfindən uzunmüddətli proses nəticəsində hazırlanır və emal prosesində nəinki hansısa test bankı, ümumiyyətlə heç bir vəsaitdən istifadə edilmir. Vaxtaşırı gündəmə gələn bu cür iddialar isə sadəcə repetitorların asan yolla tanınmaq arzusunun nəticəsidir",-deyə nazirlikdən bildirildi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Poliqon.info 


Etiket: Müəllim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar