Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Həddimi bilirəm, açıq geyinmirəm" - Ülviyyə

"Heç bir kompleksim yoxdur. Üzümə dolğu da etdirməmişəm. Təbii haldayam, bircə saçlarımı rənglətdirirəm. 39 yaşım var, saçım ağarıb"...

Bu sözləri aktrisa Ülviyyə Əliyeva İnstaqramda canlı yayımda deyib. izləyicilərinin suallarını cavablandıran sənətçi ancaq komediya janrında tamaşa və filmlərdə rol almasından söz açıb. O bildirib ki, ən böyük arzusu ciddi obrazda oynamaqdır:

"Əsl Ülviyyəni dramatik bir obrazda göstərə bilərəm. Çox istəyirəm bir dəfə elə rolda çəkilim".

Ülviyyə ilk həyat yoldaşı, aktyor Hüseyn Əlili ilə boşanmasından bəhs edib:

"1 il 4 ayın gəlini olmuşam. Qayınana və qayınatamla gözəl münasibətimiz var idi. Evdən çıxanda da, halallaşmışdım. Hansı gəlin qayınata səhər 6-da işə gedəcək deyə gecə 4-də durub ona çay, yemək hazırlayır? Bunları edirdim. Camaat indi ərini işə yola salmır. Boşananda mənə atmadıqları şər qalmadı. Qayınanam məhkəmədə gəlib dedi ki, evdən gedəndə qızılları, pulları oğurlayıb. Halbuki qızıllar qayınanamda idi. 9 ay məhkəmələrdə mübarizə apardım, sonda hər şeyi sübut etdim. Hər gecə Allaha dua edirdim ki, mənə güc ver onlar kimi olmayım, pisliyə pisliklə cavab verməyim. Sınaqlardan çıxa-çıxa, şükür edə-edə güclü qadın oldum. İndi Allah məni gözəl ailə ilə mükafatlandırdı".

Bir neçə il əvvəl ikinci dəfə ailə quran aktrisa ərindən, münasibətlərindən danışıb:

"Həyat yoldaşım da, mən də qız bürcündənik. Birdən əsəbləşir, tez də sakitləşirik. Məni qısqanmır, ona imkan yaratmamışam. Bir-birimizə hörmət edirik. Hərdən dostları qısqanmağım üçün deyirdilər ki, Rusiyada gəzir. Deyirdim ki, əcəb edir, ona olar. Əsas insana güvənməkdir. Yoldaşımın da, mənim də özgüvənimiz yerindədir.

Üç ildir bir-birimizi tanıyırıq, mübahisəmiz olmayıb. Həddimi bilirəm, başa düşürəm ki, Azərbaycan qadınına nə olar, nə olmaz. Çəkilişlərdə də özümü aparmağı bacarıram. İlk tanış olanda dedi ki, bircə, açıq-saçıq geyimlərin olmasın. Mən də cavab verdim ki, heç vaxt olmayıb".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar