Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, Milli Müdafiə Universitetinin nəznində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib...

Nazirlikdən Poliqon-a verilən xəbərə görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək hərbi qulluqçuları salamlayıb. Məzunlara Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində məsuliyyətlə çalışmağı tövsiyə edib. Onları kursu uğurla başa vurmaları münasibətilə təbrik edib, gələcək xidmətlərində uğurlar diləyib.
Sonra Milli Müdafiə Universitetinin rektorunun müşaviri professor Talat Canbolat çıxış edərək hərbi təhsilin əhəmiyyətindən danışıb. Məzunlara təhsil müddətində yiyələndikləri bilik və bacarıqları gələcək xidmətlərində uğurla tətbiq etmələrini arzulayıb.

Tədbirdə kurs birincisi məzunlar adından çıxış edərək tədris müddətində göstərilən diqqətə görə Milli Müdafiə Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlığını bildirib. Göstərilən etimadı xidməti fəaliyyətlərində doğruldacaqlarına söz verib.

Sonra sertifikatlar təqdim olunub, fərqlənən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Buraxılış mərasimi hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ən çox oxunanalar