Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Futbolçular bunu necə etdilər, bilmirəm" - Klopp

"Enfild"də xüsusi bir şey var. Bunu rəqiblərimiz də daxil olmaqla, hər kəs bilir

"Liverpul" burada heç vaxt mübarizə aparmaqdan imtina etməz. Həmişə bütün gücünü meydanda göstərər. Matçdan öncə futbolçulara "mümkünsüzdür, amma bir şansımız var" dedim. Futbolda çox şey yaşadım. Dünyanın ən güclü komandasına qarşı matçda qələbə qazanmaq asan deyil. Qol buraxmadan bu cür hesablı qalib gəlmək isə daha da çətindir. Futbolçular bunu necə etdilər, bilmirəm".

PİA.AZ qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının yarımfinalında "Barselona"ya 4:0 hesabı ilə qalib gələrək finala yüksəldikləri oyundan sonra deyib.

"İndiyə kimi belə bir potensial və cəsarətin uyğunluğunu görməmişəm. Bir matçda özünüzdən ən çox bu qədər əmin ola bilərsiniz. Oriqi və Şakiri çox oynamırdı. Amma ikisi də gözəl oyun nümayiş etdirdilər. Bu da çox önəmlidir. Futbolda nələrin mümkün olduğunu göstərən vəziyyətdir. Çox xoşbəxtik" - deyə o bildirib.

Alman mütəxəssis oyundan sonra futbolçusu Ceyms Milnerin meydanda ağlamağına da münasibət bildirib: "Bu, hamımız üçün çox şey ifadə edir. Bu, futbolun ən gözəl anlarıdır. Dünyada çox önəmli şeylər var, amma birlikdə belə bir emosional mühit yaratmaq özəl hissdir".

Klopp Aleksander-Arnoldun künc zərbəsindən sonra Oriqinin vurduğu 4-cü qol haqda da danışıb: "O, an sadəcə topun tora daxil olduğunu gördüm. Künc zərbəsini, kimin vurduğunu da görmədim.. Ben Vudbernd də "necə oldu?" deyə soruşdu".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb 

Çin XİN Zelenskinin Siyə çağırışına cavab verib

İmişlidə ağır cinayət - atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutuldu        

Ən çox oxunanalar