Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Elə test sualları var ki, onu ancaq professorlar cavablandıra bilər" - Ekspert

“Talantlı və riyazi təfəkkürlü gənclərimizin heç biri müxtəlif səbəblərdən ali məktəbdən kənarda qalmamalıdır. Gənclərimizin millətin gələcəyi olduğunu unudulur. Ancaq unutmamalıyıq ki, nə qədər gənclərimiz təhsilli olsa, dövlətimiz bir o qədər qüdrətli olar. Biz gənclərin təhsil almasına maneçilik törətməməliyik, şərait yaratmalıyıq. Onları universitetlərdən kənarda saxlamağa çalışmamalıyıq. Gənclərin ali təhsillə əhatə əmsalını 60 faiz qaldırmaq üçün, bir tərəfdən qəbul yerlərini artırmaq, digər tərəfdən testi sadələşdirmək lazımdır”.

Bu fikirləri əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Professor bildirib ki, sovet dönəmidə ciddi imtahana ehtiyac var idi. İndiki dönəmdə ciddi imtahanlara ehtiyac yoxdur: ​ “Çünki indi soyuq müharibə dövrü deyil, biz kosmonavt hazırlamırıq, işə təyinat yoxdur”.

Şahlar Əsgərov qeyd edib ki, test imtahanlarının ruhu dövrün tələbinə uyğun gəlmir: “Elə test sualları var ki, onu ancaq professorlar cavablandıra bilirlər. Belə duyğusuz öhdəlik sovet dönəmində olub, indi buna ehtiyac yoxdur. Testlər sərtləşdikcə repetitorluq artar, sadələşdirdikcə azalar. Sualları elə tərtib etmək olar ki, qəbul zamanı bir nəfər də belə 700 bal toplamasın. Ancaq elə də tutmaq olar ki, "700 ballılar" yüzlərlə olsunlar. Test balı biliyi birqiymətli əks etdirmir, insan faktorundan asılıdır. "Açıq test", "qapalı test", "bunker müəllimlər", qəbulun etaplarla keçirilməsi, aylarla uzanması və bunun kimi odioz addımlara​ ehtiyac yoxdur”.(bakupost)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar