Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Efirlər baxımsızdır, ona görə də bizdən istifadə edirlər" - Zamiq

Müğənni Zamiq Hüseynov son günlər şou-biznesdə baş verən qalmaqallardan danışıb

Axşam.az-a açıqlama verən sənətçi həmkarı Sevda Yahyayevanın şəxsi həyatı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib:

“Allaha sığınmaq lazımdır. Demirəm ki, kiməsə qarğış et. Çünki, kimsə qarğış edirsə, o gəlib həmin adamdan keçir. Vaxtı gələndə, haqq öz yerini tapır. Sevda mənim yaxın dostum olduğu üçün belə etdim. Mən əks tərəfə pis bir söz də deməmişəm. Sadəcə mənim dostlarıma kimsə dəyəndə, qarşı tərəfin də qəlbini qırmamaq şərti ilə dostumu müdafiə edirəm. Bu həmişə belə olub və olacaq. Yox, əgər haqsız olarsa, onda qarışmıram. İllərdir Sevdanın evinə gedib-gəlirəm, anası qarşıma yemək qoyur. Kimsə çıxıb nəsə danışanda, xoşuma gəlmir.

Mən də sənətə gələn gündən haqqımda çox şeylər yazmağa çalışdılar. Fikir vermədim və onlar aradan qalxdı”.

Zamiq efirlərin baxımsız verilişlərlə bol olduğunu söyləyib:

"Sosial şəbəkə çıxandan sonra efirlər baxımsız olub. İllərdir ki, mən efir adamlarına deyirdim, belə etməyin, bizi efirdə vurmayın. Sözlərimizi olduğu kimi təqdim edin, sonra insanlar bizdən küsür. Cümləni elə dəyişirlər ki, baxan düşünür, yəqin müğənnilər bir-biri ilə danışmırlar. İndi efirlərdə ancaq baxımsız verilişlər qalıb. Onlarda baxımlı olmaq üçün üzdə olan insanlarla qalmaqal edirlər. Heç kim uşaq deyil”.

Sənətçi "Youtube"da pulla baxış sayını artıran həmkarlarına irad bildirib:

“Ən çox sevdiyim müğənni Kənan Doğuludur. Girib baxıram ki, sevilən mahnısı 1 milyon baxış toplayıb. Çox adam “YouTube”da pulnan baxış sayı artırır. Bunu hamı bilir. Mənim üçün belə şeylər göstərici deyil. Hər hansı bir videoya bir də görürsən ki, kimsə 10 milyon baxır, kimsə 1 milyon. İstəyərdim ki, bizdə də Rusiyadakı kimi olsun... Zövqlü insanların, zövqlü aranjimanı olanların çox olmasını arzulayıram. Bunlar məni həvəsdən salmır. Hər janrda mahnı oxuyub, yüksək səviyyədə təqdim etməyə çalışıram”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Ən çox oxunanalar