Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Döz, mənim gözəlim..." - Zelenski Putinin bu sözlərinə cavab verdi

Putin isə şərtlərin Rusiya prezidenti Vladimir Putin fevralın 7-də Kremldə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi brifinq zamanı Ukraynanın Donbassa xüsusi statusu da nəzərdə tutan Minsk razılaşmasını yerinə yetirməli olduğunu bir daha bildirib. Hansı ki, Kiyev həmin razılaşmanın şərtlərinin ağır olduğunu, Donbassa xüsusi status verməyəcəyini bildirir. Putin isə şərtlərin Ukrayna üçün ağır olması barədə deyilənlərə bu istehzalı fraza ilə reaksiya verib: “Xoşuna gəlir, yaxud gəlmir, döz, mənim gözəlim”/

virtualaz.org xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Moskvadan sonra Kiyevə səfər edən Emmanuel Makronla ötən gün keçirdiyi brifinqdə Putinin bu frazasına cavab verib.

“Mən yəqin rusca cavab verəcəm ki, aforizmin müəllifi (Putin,-red.) cavabımı başa düşsün. Şübhəsiz elə məsələlər var ki, onlar barədə Rusiya Federasiyasının prezidenti ilə mübahisə etmək mümkün deyil. Ukrayna doğrudan da gözəldir (gözəl qadın mənasında,-red.). Onun işlətdiyi “mənim” sözünə gəldikdə isə. Burada artıq bir qədər həddini aşmaq var...”Döz, mənim gözəlim” ifadəsinə gəldikdə isə mən hesab edirəm ki, Ukrayna həqiqətən səbrlidir, çünki müdriklik, səbr təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün vacibdir. Və rusiyalılar üçün də çox vacibdir. Çünki bizim səbrimizdən digər tərəfin eskalasiyası asılıdır. Biz öz ölkəmizi müdafiə edirik, biz öz torpaqlarımızdayıq. Bizim səbrimiz təxribatlara təsir edir, çünki biz təxribatlara cavab vermirik, səbr göstəririk. Ona görə də səbr müdriklikdir”,-Zelenski bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar