Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Devalvasiya olmayacaq" - Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc dünya bazarında neftin kəskin ucuzlaşmasının yarada biləcəyi təsirləri şərh edib...

O, bildirib ki, qiyməti qismən yüksək səviyyədə saxlamaq mümkün deyildi: «İstər ABŞ-da, istər Yaxın Şərq ölkələrində neftin hasil olmasının maya dəyəri fərqlidir. Hesab edirəm ki, neftin qiymətinin belə düşməsi siyasi qərarın nəticəsidir. Çox az müddət sonra real iqtisadi tələblər siyasi konyunkturanı üstələyəcək, yenidən sabit və qərarlaşmış rəqəmləri görəcəyik».

Mərkəz rəhbəri «Turan» agentliyinə deyib ki, Azərbaycan 2019-cu ildə öz neftini büdcədə müəyyən edilmiş qiymətdən xeyli baha sata bilib və xeyli əlavə ehtiyatlar yaradıb. Onun fikrincə, belə olan təqdirdə kəskin düşüş valyuta ehtiyatlarını eyni sıçrayışla azalda bilməyəcək:

«Əksinə, təhlükəsizlik yastığı mövcuddur və bu imkan verəcək ki, hökumət iqtisadi-maliyyə siyasətini sabit şəkildə idarə edə bilsin. Bununla da neftin qiymətinin düşməsi manatın mövqeyinə təsir edə bilməyəcək və devalvasiya olmayacaq».

Z.Orucun deməsinə görə, hökumət bu prosesləri proqnozlaşdırırdı, hər cür ssenariyə hazırlıq var və bununla bağlı real planlar, proqramlar mövcuddur.

Onun fikrincə, virtual aləmdə müəyyən qüvvələr iqtisadi sabitliyin pozulacağı ilə bağlı əhaliyə təsir göstərmək yönündə fəaliyyət həyata keçirilər: «Amma əminəm ki, hökumət ictimaiyyəti baş verənlərin ölkənin valyuta imkanlarına təsir etməyəcəyinə inandıraraq bu mərhələni uğurla keçəcək».

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan büdcəsində neftin bir barreli 55 dollardan götürülüb.

pia.az


Etiket: Zahid Oruc


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar