Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bilmirik, bu bahalaşmanın sonu necə olacaq..."

"Ərzaqların qiymətinə baxıb, bir-iki şey alıb marketi tərk etməyə məcbur oluram. Çünki qiymətlər büdcəmizə uyğun deyil. İlin əvvəli ilə müqayisədə fərq çoxdur, qazancımız kəsilib, amma qiymətlər durmadan artır. Bilmirik, bu bahalaşmanın sonu necə olacaq".

Bunu "AzPolitika.info"-ya paytaxtdakı ticarət mərkəzlərinin birində apardığımız sorgu zamanı Samir adlı alıcı deyir.

Digər həmsöhbətimiz Esmira Əliyeva isə bildirir ki, əvvəl bazarlığa nəvələri ilə gəlirdi, indi isə yox: "İndi istədiklərini ala bilmədiyim üçün onları gətirmirəm ki, əlavə xərcim çıxmasın. Hər dəfə gələndə yeni qiymətlərlə qarşılaşıram. Sadəcə, lazım olanı alıram. Əlavə şeylərə pulumuz çatmır".

Adının çəkilməsini istəməyən satıcı isə deyir ki, qiymətlər tez-tez qalxır, onlar daməcburən aldıqlarını 5-10 qəpik baha satırlar: "Məhsulu topdansatış məntəqələrindən alırıq. Alıcılar haqlı olaraq qiymət artımından şikayətlənirlər, amma bu, bizdən asılı deyil".

Azərbaycanda sonuncu dəfə maaş, pensiya artımları 2019-cu ildə baş verib. Nəticədə minimum əmək haqqı 250 manata, təqaüdlər isə 200 manata çatdırılıb.

Yaşa görə müavinət təyin edilənlər isə dövlətdən cəmi 130 manat alırlar. Həmin tarixdən iki ilə qədər vaxt keçib, bu müddətdə ölkədə kommunal xidmətlər, yanacaq və nəqliyyatda gediş haqları xeyli bahalaşıb.

Məsələn, 2021-ci ilin yanvarından dizelin 1 litri 60 qəpikdən 80 qəpiyə, Aİ-92 benzininin qiyməti isə 90 qəpikdən 1 manata qaldırılıb. Ölkəyə idxal olunan Aİ-95 və "Super" markalı yanacağın qiymətində də iki dəfə dəyişiklik olub. Hazırda onların qiyməti müvafiq olaraq 1.45 manat və 1.60 manat təşkil edir.

İl ərzində əhaliyə satılan təbii qazın qiymətində də 33 faizdən artıq bahalaşma qeydə alınıb, habelə suyun tarifi kanalzizasiya xidmətləri ilə birgə hər kubmetrə 1 manat təşkil edib. Əlbəttə, bu bahalaşma digər istehlak mallarının, xüsusən ərzağın qiymətinə təsirsiz ötüşməyib.

Bahalaşmanı Dövlət Statistika Komitəsi (DSK) də qismən etiraf edir. Qurumun yaydığı məlumata görə, 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar ayına nisbətən 103,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,3 faiz təşkil edib.

"Daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin qiymətində qeydə alınıb",-deyə DSK-nın məlumatında bildirilir.

Dövlət Gömrük Komitəsinin(DGK) məlumat bazasında yazılıb ki, 2021-ci ilin ilk 7 ayı ərzində ölkəyə 4.1 milyard manat dəyərində yeyinti məhsulları idxal olunub. Məlumata görə, Azərbaycanın xarici ölkələrdən ən çox idxal etdiyi məhsullar bitki yağları, un məmulatları, ət məhsulları və meyvə-tərəvəzdir. Qeyd olunur ki, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,1%-i Rusiya, 14,8 %-i Türkiyə, 12,6 %-i Çin, 8,8 %-i Almaniya, 5,2 %-i ABŞ, 3,9 %-i İran, hər biri 3,8 % olmaqla Birləşmiş Krallıq və Ukrayna, 3,1 %-i İtaliya, 2,0 %-i Norveç, 1,9 %-i Koreya, 1,6 %-i Avstraliya, 1,5 %-i Polşa, hər biri 1,4 -i olmaqla Hindistan və Yaponiya, 19,1 %-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşür.

Rəqəmlərdən görünür ki, əhalinin istehlak etdiyi əksər ərzaq məhsulları xaricdən gətirilir. O zaman qiymət artımının üç səbəbi haqda danışmaq olar:

Ərzağın qiymətinin istehsalçı ölkələrdə artması;

İdxalçı şirkətlərin kartel sövdələşməsinə gedərək qiymətləri artırması;

DGK-nın rüsum və s. ödənişləri rəsmi və ya qeyri-rəsmi formada artırması.

Bahalaşmanın səbəblərini "AzPolitika.info"ya şərh edən iqtisadçı ekspert Elmir Səfərli də qiymət artımının bəzi sahibkarlar tərəfindən süni şəkildə yaradıldığını düşünür. Onun sözlərinə görə, dövlət qurumları birmənalı olaraq ərzağın qiymətinin optimallaşdırılması istiqamətində nəzarətedici fəaliyyətlər həyata keçirməlidir.

Ekspert qeyd edir ki, paralel olaraq daxildə istehsal olunan ərzaq məhsullarının qiymətlərinin tənzimlənməsi üçün müəyyən təşviqat layihələrinin olması məqsədəuyğundur: "Rəsmi statistikaya əsasən, cari ilin 7 ayı iləötən ilin müvafiq dövrünü müqayisə etsək, ərzaq məhsullarının qiyməti ortalama 5.1 % həcmində artıb. Tütün məhsullarında isə artım bir qədər çox - 6faiz həcmində olub. Bunlar da bütovlükdə ölkə üzrə inflyasiya səviyyəsinə ciddi şəkildə təsir edib".

İqtisadçı bildirir ki, ərzaq məhsullarının qiyməti bir çox səbəblərdən arta bilər: "Son 7 ayda intensiv bahalaşmanı birbaşa idxal qiymətləri iləəlaqələndirə bilərik. Bundan əlavə, son iki ildə dünyada tüğyan edən pandemiya şərtlərindən asılı olaraq ərzaq məhsullarının istehsalı azalıb. Bu da təbii ki, məhsulun qiymətinə təsir edir. Bundan əlavə, istər daxildə istehsal olunan məhsulların, istərsə də idxalın maya dəyərini formalaşdıran faktorlar əsas götürülməlidir. Bu kontekstdə yanacağın qiymətinin son 1 ildə artması birbaşa məhsulların maya dəyərinin artmasına səbəb olacaq".

"Sosial Tədqiqatlar Mərkəzi"-nin İqtisadi Təhlil Departamentinin müdürü Seymur Əliyev isə "AzPolitika.info"-ya bildirib ki, 2021-ci ilin ilk üç rübü üzrə vətəndaşların gəlir və xərc analizi üçün monitorinqlər aparılıb. Onun sözlərinə görə, 2020-ci ildə aylıq orta əmək haqqı 703 manat civarında olub: "Rəy sorğularına görə, respondentlərin 31.4 faizi aylıq gəlirlərinin azaldığını, 60.2 faizi isə dəyişməz qaldığını bildirib. Rəyi soruşulanların cəmi 6.3 faizi aylıq gəlirlərində artım dinamikasının olduğunu qeyd edib. Ümumilikdə cari ildəəhalinin gəlirləri 32 milyard manat təşkil edib ki, bu da ötən illə müqayisədə 0.2% artım deməkdir".(

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar