Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Apardığımız sorğuda qadınların 20,9 faizi deyiblər ki, qadın döyülməyə layiqdir"

"Apardığımız təhlillər zamanı kişilərin 41 faizi, qadınların 34,7 faizi bildirib ki, qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir. Həmçinin qadınların 20,9 faizi, kişilərin 37,4 faizi isə qeyd edib ki, bəzi zamanlar qadın döyülməyə layiqdir"...

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunan "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, bütün bunlar bir daha onu göstərir ki, zorakılığa münasibət bir çox hallarda patriarxal mədəniyyətin, dünyagörüşünün nəticəsində formalaşır: "Bu yanaşmanı aradan qaldırmaq uzun bir prosesdir. Vaxtında bu ailələrə profilaktik iş aparmaq lazımdır. Profilaktik işin güclü olduğu yerlərdə zorakılıq halları baş vermir. Qadınlara qarşı zorakılıq yalnız ailə məsələsi deyil. Bu zorakılığı törədənlərin 70 faizi eyni təcavüzü uşaqlara qarşı törədir. Bu baxımdan qadına qarşı əl qaldıran kişinin eyni hərəkəti öz uşağına qarşı da təkrar edilə bilər. Ona görə də qadın və uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətində hər zaman prioritet məsələlərdən biri olub".

Dövlət Komitəsinin sədri bildirib ki, qadınlara qarşı zorakılığın halları müasir dövrün problemlərindəndir: "Araşdırmalar nəticəsində məlum olub ki, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalır, hər 3 dəqiqədə bir qadın isə zorakılığın qurbanı olur".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Ən çox oxunanalar