Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Allah lənət eləsin!" — Qarabağ qaziləri Moskva razılaşmasına etiraz edir

Qarabağ qaziləri Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşü ilə bağlı Elmar Məmmədyarovun açıqlamasına etiraz edirlər

Bu ilin aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar MəmmədyarovErmənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

PİA.az xəbər verir ki, görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak ediblər.

Azərbaycanın xarici işlər naziri bununla bağlı jurnalistlərə müsahibəsində görüşün yekun bəyanatında qeyd olunduğu kimi, AzərbaycanErmənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə toxunub.

O deyib: “Bu, çox maraqlı fikirdir ki, erməni və azərbaycanlı jurnalistlər Yerevana, Bakıya, Dağlıq Qarabağa səfərlər etsinlər. Bundan əlavə, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılığa gəldik. Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərə öz torpaqlarında işləməyə imkan yaradacaqlar”.

E. Məmmədyarovun bu açıqlaması Qarabağ qaziləri tərəfindən hiddətlə qarşılanıb.

“Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov bunun təslimçilik siyasətinin bir hissəsi olduğunu bildirib: Bununla Elmar Məmmədyarov və onun kimiləri Azərbaycan xalqını təslimçilik sülhünə hazırlayır. Mən hesab edirəm ki, 20 faiz torpağımızı işğal edərək, başımıza Xocalı və digər müsibətlər gətirmiş bir xalqla hansısa sülhdən danışan, ümumiyyətlə sülh sözünü dilinə gətirən şəxs kimliyindən asılı olmayaraq bu Vətənə xain, bu millətə düşməndir. O şəxslər Azərbaycan xalqının maraqlarından deyil, düşmən mövqeyindən çıxış edirlər. Ona görə də biz bu cür danışıqların hamısını rədd edirik! Rədd olsun xalq diplomatiyası adı altında Azərbaycan xalqını təslimçi sülhə hazırlayanlar! Torpaqlarımızı işğaldan azad etməyi düşünmək əvəzinə “Qarabağı Azərbaycan xalqına necə unutduraq” deyə düşünənlərin dəyirmanına su tökənlərə Allah lənət eləsin! Çünki onlar vətən xainləridir”.(Qaziler.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ən çox oxunanalar