Milli Məclisin ağsaqqal deputatlarından sayılan Ziyad Səmədzadə parlament seçkilərində iştirak edəcək...
Deputat bunun bağlı Modern.az-a danışmaq istəməsə də, onun yaxınları məlumatıl saytımıza təsdiqləyiblər.
Onun namizədliyini irəli sürəcəyi dairənin də dəyişməz qaldığını vurğulanıb:
“Həmişəki qaydada 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini sürəcək. O yenidən deputat seçiləcəyi təqdirdə göstərilən etimadı doğrultmağa çalışacaq”.
Qeyd edək ki,akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir, 2005-ci ildən deputat kimi fəaliyyət göstərir.
pia.az