Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının mərkəzi avtomobillərə bağlanacaq

Bakıda Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək nəhəng piyada zonası yaradılacaq...

Milli.Az -ın əldə etdiyi məlumata görə qeyd edilən piyada zonaları geniş bir ərazini əhatə edəcək. Hazırda belə zonanın yaradılması metronun "28 May" stansiyasının qarşısındakı meydanda davam edir.

Bu səbəblə Bakının mərkəzi yerlərinin avtomobillərə bağlanılması qaçınılmazdır.

Ərazilərə daxildir:

Hazırda Xəqani bağının ətrafı avtomobillər üçün bağlanıb. Belə ki, Xəqani bağının (keçmiş Molokan bağı - red.) ətrafı üç istiqamətdən avtomobillər üçün bağlanıb.

Ərazi "Sahil" metrosunu Fəvvarələr meydanı ilə birləşdirdiyindən burada böyük piyada axını müşahidə edilir - pik vaxtlarda saatda 6 min nəfər bu ərazidən keçir. Belə böyük piyada axını müşahidə edilən ərazidə təhlükəsiz istirahət zonasının yaradılması zəruri idi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xəbər verilib ki, oktyabrın 5-də Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılıb.

Eyni zamanda layihəyə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılması, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanması da daxildir.

Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.

Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə töhfə verəcək.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay