Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politco: Fransa Rusiyanı düşmən elan edib və hərbi qarşıdurmaya hazırlaşır...

Fransa ordusu Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşır və may ayında Rumıniyada keçiriləcək genişmiqyaslı NATO təlimlərində (Daçyan Baharı-2025) iştirak edəcək...

Poliqon xəbər verir ki, bunu Politico qəzeti yazıb. Bu təlim zamanı Moskva ilə birbaşa toqquşma halında Alyansın şərq cinahına keçmək qabiliyyətini qiymətləndirəcək.

Materialda qeyd olunur ki, 2025-ci il Fransa ordusu üçün "həlledici sınaq" olacaq. Çünki Fransa ordusu Şimali Atlantika Alyansına mümkün hücumda Rusiya ilə qarşı-qarşıya gəlməyə qadir qüvvəyə çevrilir.

"Biz müharibəni "oynayırıq". İndi təyin edilmiş bir düşmən var və biz əslində döyüşə gedəcəyimiz insanlarla məşq edirik", deyə Fransa ordusunun Avropadakı quru komandanlığının rəhbəri general Bertrand Tujuz bildirib.

Politico-nun məlumatına görə, son bir neçə ildə Fransanın quru qoşunları Ukraynadakı hadisələrə bənzər yüksək intensivlikli münaqişəyə hazır olmaq üçün dərin transformasiyaya başlayıb. Fransa ordusu NATO-dan da yeni əmrlər alıb: 2027-ci ilə qədər döyüş sursatı və təchizat da daxil olmaqla, 30 gün ərzində müharibəyə hazır diviziya yerləşdirə bilməlidir. Bu məqsədə doğru irəliləmək gələn ilki "Daçyan Baharı 2025" təliminin mərkəzində dayanır. Yüüksək səviyyəli zabitlər deyir ki, Fransa ordusu 10 gün ərzində Rumıniyaya müharibəyə hazır briqada göndərmək üçün təlim keçəcək. Bu, uğurlu olarsa, Fransanın NATO müttəfiqləri qarşısında etibarlılığını təsdiqləyəcək və bu, 2027-ci il hədəfinə çatmaq üçün yol açacaq vasitəçi addım olacaq.

Bir briqadada 3000-dən 5000-ə qədər, bir diviziyada isə 10.000-dən 25.000-ə qədər əsgər var. Əsas problem belə qısa müddət ərzində Rumıniyaya çatmaq olacaq. "Hələ də hərbi Şengen yoxdur və biz Avropada hərbi mobilliyi qətiyyətlə təkmilləşdirməliyik", deyə Bertrand Tujuzin müavini, general Pyer-Erik Quillot bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay