"Vətən üçün Tavuş" hərəkatının lideri Baqrat Srbazan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb...
Poliqon unikal-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
O, tərəfdarları ilə görüşdə Paşinyana qarşı iddia qaldırmasının əsaslarını baş nazirin parlamentdə ona böhtan atması ilə əlaqələndirib: "O yalançı və qorxaq belə bir açıqlama verdi və biz indi Ermənistanda məhkəmə sisteminin işlək olub-olmadığını yoxlayacağıq".
O, böhtan xarakterli faktiki məlumatları Paşinyandan açıq şəkildə təkzib etməyi tələb edir.
Qeyd edək ki, məhkəmə iddianı qəbul edib, onu hakim Malvina Arutyunyan imzalayıb.
Poliqon.info