Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna parlamentində səfərbərliklə bağlı qanunun müzakirəsi zamanı mübahisə yaranıb

Ukrayna Ali Radasının bu gün keçirilən iclasında 18-25 yaş arası kişilərin səfərbərliyə alınması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb...

"Report"un Şərqi Avropa bürosunun iclasda iştirak edən əməkdaşının verdiyi məlumata görə, spiker Ruslan Stefançuk bildirib ki, qanun layihəsinə bu gün axşam müvafiq komitədə baxılacaq.

O qeyd edib ki, hazırda önəmli məsələ cəbhədə geriləmənin qarşısını almaq üçün səfərbərlikdə yaranan boşluğun doldurulmasıdır.

Deputat Oleksiy Qonçarenko isə etiraz edərək bildirib ki, hazırda hüquqi qarışıqlıq ucbatından 18-25 yaş arası sağlamlıq imkanları məhdud minlərlə gənc döyüşlərə səfərbər olunublar:

"Onlar qanunda yaranan boşluq ucbatından oradadırlar. Komandirlər də tələb edirlər ki, orduya sağlam çağırışçılar lazımdır. Amma biz onları artıq geri çağıra bilmərik. Bunun qarşısını almaq qanunda nəzərdə tutulmalıdır".

Spiker isə cavabında bildirib ki, buna bu gün komitədə, sabah isə plenar iclasda deputatlar qərar verəcək.

Qeyd edək ki, hazırda Ukraynada səfərbərlik 27 yaşdan 60 yaşa qədər nəzərdə tutulsa da, 18-25 yaş arası gənclər də orduya səfərbər olunurlar. Buna səbəb müvafiq qanunda boşluğun hələ də aradan qaldırılmamasıdır. Hazırda ölkə ictimaiyyətində isə 25 yaşdan aşağı 18 yaşa qədər insanların döyüşlərə cəlb olunması ətrafında ikitirəlik yaranıb. Bir qisim genefond üçün yaranan təhlükə səbəbindən bunun əleyhinədir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Ən çox oxunanalar