Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Avropaya xəbərdarlıq etdi: Total müharibə başlaya bilər

Donbas uğrunda heç vaxt hərbi əməliyyat başlatmayacağam, çünki buna görə Avropada total müharibə başlaya bilər...

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Spiegel” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Donbasda müharibəyə başlamaqla bağlı çağırışlar Ukraynada əvvəllər hakimiyyətdə olmuş şəxslər tərəfindən təşviq olunur.

“Mən bir çox “özünü ağıllı sayanlar”ın, xüsusən mitinq keçirən və belə deyənlərin olduğunu bilirəm: “Gəlin, döyüşə gedək və hər şeyi qaytaraq!” Bəs nəyin bahasına? Bədəli nə olacaq? Mən bunu etməyəcəm”, - Zelenski bildirib.

Bununla yanaşı, Ukrayna lideri qeyd edib ki, əgər onun mövqeyi ictimaiyyəti qane etmirsə, o zaman onların tələblərini yerinə yetirən yeni prezident gələcək. Zelenski heç vaxt müharibə başlatmağa getməyəcəyini və insan olmağın onun həyati vacib mövqeyi olduğunu qeyd edib.

“Mən onları bura göndərə bilmərəm. Necə? Onlardan neçəsi öləcək? Yüz minlərlə. Daha sonra total müharibə başlayacaq, Ukraynada total müharibə, daha sonra isə bütün Avropada olacaq”, - Ukrayna prezidenti bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Ən çox oxunanalar