Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zaman” qəzetinin erməni əməkdaşı Ərdoğana meydan oxudu

Sabiq baş nazir Əhməd Davudoğlunun yaratdığı Gələcək Partiyasında onun yaxın silahdaşı olan Etyen Mahçupyan Türkiyə hakimiyyətini sərt tənqid edib...

Son dövrlər Türkiyədə baş verənlər bu ölkədə erməni amilinin daha qabarıq önə çıxdığını göstərir. Bir qədər əvvəl Türkiyə prezidentinin İstanbuldakı erməni keşişi Sahak Maşalyana zəng erməsi, ondan sonra Türkiyənin Ermənistana yardım etmək təklifi barədə xəbərlərin yayılması və prezidentini müşaviri İbrahim Kalının rəsmi Yerevanın müraciəti əsasında Ermənistana dərman və tibbi ləvazimat göndərildiyini təsdiq etməsi bu qəbildəndir.

PİA.az xəbər verir ki, 18 aprel tarixində Türkiyənin “Xəbər-Türk” etelekanlında “Açıq və net” verilişinin qonağı olan Etyen Mahçupyanın açıq şəkildə Türkiyənin indiki hakimiyyəti, konkret olaraq R.T.Ərdoğanı hədəfə alması isə bir daha ermənilərin Türkiyə siyasətində də önə çıxıdığını göstərir.

Xatırladaq ki, uzun illər fətullahçıların “Zaman” qəzetində işləyən Etyen Mahçupyan Əhməd Davuoğlu baş nazir olanda 2014-cü ilin oktyabrında onun müşaviri təyin edilmiş, lakin ölkə daxilindən və Azərbaycandan etirazlardan sonra bu vəzifədə çalışması uzun sürməmiş, 2015-ci ilin martında baş nazir onu müşavir postundan uzaqlaşdırmağa məcbur qalmışdı.

Bu yaxınlarda sabiq baş nazirin Gələcək Partiyasını yaradanda onun təsisçilərindən olan E.Mahçupyan hazırda hakimiyyətə müxalif olan partiyanın üzvü olmaqdan istifadə edib Türkiyə hakimiyyətinə meydan oxumaqla məşğuldur. Belə ki, “Xəbər-Türk” telekanalında erməni E.Mahçupyan R.T.Ərdoğanın pandemiyadan istifadə edib ölkədə avtoritar təzyiq üsullarını artıracağını iddia edib və bu çox ittihamlar səsləndirib. Mövcud hakimiyyətin Beynəlxalq Valyuta Fondunun kreditlərindən imtina etməsini bu siyasətin davamı olduğunu söyləyən erməni jurnalist açıq şəkildə Ərdoğanın idarəetmə siyasətini tənqid edərək Türkiyənin son dövrlərdə apardığı xarici siyasəti də indiki vəziyyətin onun maraqlarına cavab verdiyi barədə iddia səsləndirib.

Xatırladaq ki, 70 yaşında olan E.Mahçupyan ixtisasca mühəndis-iqtisadçı olub və uzun müddət ticarətlə məşğul olub. Biznemenin jurnalistikaya gəlişi 1997-də “Radikal” qazetində köşə yazarı kimi çalışmağa başlayanda baş verib. 2001-ci ildən 2014-cü ilə qədər “Zaman” qəzetində köşə yazarı olan erməni jurnalist 2007-cii ildə “Aqos” erməni qəzetinin baş redaktoru Hrant Dinkin öldürülməsindən sonra 2010-cu ilə qədər bu qəzetin baş redaktoru olub, lakin eyni zamanda “Zaman” qəzetində işləməyə davam edib və 2014-cü ilə qədər fətullahçılarla birgə çalışıb. (AzToday.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay