Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov Moskvaya gedir


Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvaya səfər edəcək


Nazir avqustun 1-15-də Moskva vilayətində yerləşən poliqonda “Beynəlxalq ordu oyunları 2015”in açılış mərasimində iştirak edəcək.
 
Rusiya Müdafiə Nazirliyindən APA-nın Moskva müxbirinə bildiriblər ki, səfər çərçivəsində Z. Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşəcək.
 
Birinci “Beynəlxalq ordu oyunları 2015”də 17 ölkədən 57 komanda, 6 xarici ölkədən 20 müşahidə qrupu, Avropa, Asiya, Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri iştirak edəcəklər. Oyunların proqramına səhra, hava və dəniz növləri üzrə 14 müsabiqə daxil edilib.
 
Beynəlxalq Ordu oyunları proqramının iki müsabiqəsi Hərbi Dəniz Donanması tərəfindən təşkil olunub. “Xəzər derbisi” adlandırılan bu yarışda hərbi-dəniz qüvvələrinin zirehli transportyorları iştirak edəcək. Bu yarışda Rusiya ilə yanaşı Qazaxıstan və Çin komandaları ən güclü olmaq üçün mübarizə aparacaqlar. Yarışlar Xəzər dənizi akvatoriyasında keçiriləcək. Bu yarışda hərbi gəmilərin ekipajlarının artilleriya atəşinin həyata keçirilməsi üzrə döyüş hazırlığı yoxlanılacaq. Müsabiqədə Rusiya, AzərbaycanQazaxıstan dənizçiləri iştirak edəcəklər. Hər iki müsabiqə Dağıstanın Kaspiysk şəhərində keçiriləcək. (apa)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Ən çox oxunanalar