Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yüzlərlə ermənini dəqiq atəşlə məhv edən şəhidimiz Əli Quliyev — Foto

Şəhid Əli Quliyev kimi oğulların sayəsində, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu öz qüdrətini, nəyə qadir olduğunu göstərdi. O, II Qarabağ müharibəsində cəsarəti və şücaəti ilə düşmənə meydan oxudu və əbədi olaraq silinməz iz qoydu. 

Gizir Quliyev Əli Tədbir oğlu 1984-cü ildə İmişli rayonunun Otuziki kəndində dünyaya göz açıb. Ömrünün tən yarısını, yəni 18 ilini Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Onun həyatda ən böyük amalı illərlə düşmən tapdağında qalmış Qarabağı azad etmək olub. Məhz xalqımızın yaşadığı bu ağrı-acını unutdurmaq və birdəfəlik yaddaşdan silmək məqsədilə canını gözünü qırpmadan fəda verdi, Əli. 

Vətən oğlu hələ 2016-cı ilin aprel döyüşlərində özündən, hünərindən söz açdırmağı bacarıb. Belə ki, dörd günlük müharibədə gizir Əli Quliyev ermənilərə əməlli-başlı göz dağı verib. Döyüşlər zamanı igidliyinə görə fərqlənənlərdən biri olub.



Sentyabrın 27-dən II Qarabağ müharibəsinin ön cərgələrində yer alan Əli bacarıqlı və təcrübəli snayper kimi düşmənin yüzlərlə canlı qüvvəsini məhv edir. Cəbrayıl, Xocavənd, Hadrut uğrunda gedən döyüşlərdə fəallıq göstərərək, torpaqlarımızın işğaldan azad olunmasında birbaşa iştirakçı olur. 



Hətta döyüşlərin birində ayağından ağır yaralanır, lakin döyüş meydanını tərk etmir. Yaralı ola-ola düşmən nəfərlərini öldürür. Eyni zamanda, bir çox döyüşçü yoldaşını ölümdən xilas edir, onların həyatda var olmaları üçün əlindən gələni əsirgəmir.



Şəhid olacağını hiss edən Əli ömrünün son günlərində anasına zəng vuraraq, anasından və atasından halallıq istəyirmiş. O, oktyabrın 26-dan 27-ə keçən Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur və müqəddəs zirvəyə ucalır. Ölümündən sonra "Vətən uğrunda" medalı və "Cəsur döyüşçü" medalı, həmçinin "Cəbrayılın azad olunmasına görə medalı" ilə təltif edilir.



Şəhidimizdən geriyə onun iki oğul yadigarı qalıb. Onlar ataları ilə hər zaman qürur duya bilərlər, iftixar hissi keçirə bilərlər.

Və sonda... Artıq əminliklə demək olar ki, 36 yaşında gözlərini bu dünyaya əbədi yuman, amma qəlblərdə daim yaşayan şəhid Əli Quliyevin adı Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Onun kimi oğullar yetişməkdə olan gənc nəsil üçün əsl nümunədir. Qardaş, Allah sənə rəhmət eləsin! 

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay