Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yuxusuzluğun fəsadları

Yuxu pozulmalarının 90-dan çox növü var

Müalicə olunmadıqda ciddi sağlamlıq problemlərinə və ani ölümə gətirib çıxara bilər. İnsan həyatının üçdə birini yuxuda keçirir. Yuxu, bədənimizə istirahət, canlanma, yenilənmə kimi təsir edir. Bəzi vacib hormonlar, xüsusilə melatonin və böyümə hormonu yuxuda ifraz edilir. Hər gün 8-8,5 saat gecə yuxusu sadəcə, beyin üçün deyil, digər orqanların da normal işləməsi üçün vacibdir.

Yuxusuzluq tibdə insomnia adlanır və yuxu pozulmasının bir növüdür. Müalicə edilmədikdə zamanla bir sıra ciddi xəstəliklər üçün zəmin yaradır. İnsanların yarısı həyatının bir dönəmində yuxusuzluq problemi yaşayır, amma təxminən 20%-ə qədəri xroniki yuxusuzluqdan əziyyət çəkir. Yuxusuzluğun bir xəstəlik kimi qəbul edilməsi üçün onun ən azı 3 ay davam etməsi lazımdır.

Yuxusuzluğu olan insanlar üzərində dünyanın bir sıra aparıcı mərkəzlərində araşdırmalar aparılıb. Məlum olub ki, gecə 6 saatdan az yatan insanların sağlamlıq problemləri yaranır. Bu sağlamlıq problemləri arasında, əsasən, yüksək qan təzyiqi, ürək xəstəlikləri, şəkər xəstəliyi, piylənmə, depressiya və ani ölumlər yer alır. Neyro-radioloji araşdırmalar göstərir ki, yuxusuzluq sonrası beyin zehni fəaliyyət göstərmək üçün daha çox güc sərf etməyə məcbur olur. Yuxusuzluqdan əziyyət çəkən insanlarda demək olar ki, hər gün baş ağrısı, halsızlıq, yorğunluq, diqqət əksikliyi, yaddaşda azalma, problem həll etmə, iş və öyrənmə qabiliyyətinin azalması müşahidə edilir. Beləliklə, həyat keyfiyyəti aşağı düşür. Bu insanların iş və yol qəzaları törətmə halları artır.

Xroniki yuxusuzluq immun sistemini də zəiflədir və xərçəng xəstəliyinə səbəb ola bilir, hətta genimizi dəyişərək mutasiyaya gətirib çıxarır.

Hamilələr xüsusilə yuxu rejiminə diqqət etməlidir, çünki onların yuxusuzluq zamanı gördüyü zərərə döl də məruz qalır.

Digər yuxu pozulmaları arasında yuxuda gəzmə, xorultu, yuxu apnoesi, gündüz çox yatma, yuxuda sidiyə çıxma, yuxuda kabuslar və s. yer alır.

Müalicəsi olmayan yuxu pozulması yoxdur. Yuxusuzluğu olan insanlar nevroloji müayinədən, yuxu testlərindən keçməli, fərdi müalicə almalıdırlar. (e-tibb.az)

pia.az


Etiket: Yuxusuzluq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Ən çox oxunanalar