Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ukraynanın Batkivşina Partiyasının rəhbəri, sabiq baş nazir Yuliya Timoşenko Ukraynada səfərbərlik haqqında yeni qanunun qəbulu ilə əlaqədar hərbi yaşda olan ukraynalılar üçün konsulluq xidmətlərinin göstərilməsi ilə bağlı məhdudiyyətləri "qanunsuz" adlandırıb. 

Poliqon xəbər verir ki, o, bu barədə "Facebook" sosial şəbəkəsində yazıb.

Timoşenko deyib ki, bu qadağa Ukraynada xaosa səbəb olub. Siyasətçi qeyd edib ki, yeni qanun əlilliyi olan şəxslərin və hərbi xidmət keçməyən digər kateqoriyadan olan hərbi yaşda olan kişilərin hüquqlarının məhdudlaşdırılmasına səbəb olub.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi xəbərdarlıq etmişdi ki, ölkədə hərbi yaşda olan kişilər üçün konsulluq xidmətləri 2024-cü il mayın 18-dən gec olmayaraq yenidən göstərilməyə başlayacaq.

Timoşenko isə səfərbərliyin artırılmasının ukraynalılar arasında qarşıdurmaya səbəb ola biləcəyi barədə fikir bildirib.

2022-ci il fevralın 24-dən Ukrayna ərazisində hərbi vəziyyət rejimi tətbiq edilir. Həmin il fevralın 25-də Ukrayna prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb, buna görə hərbi xidmətə cəlb olunan kişilərin ölkədən çıxışı qadağan edilib. Fevralın 6-da ölkədə səfərbərlik və hərbi vəziyyət üç ay - 2024-cü il mayın 13-dək uzadılıb.

2024-cü il aprelin 17-də Ukraynada səfərbərliyi sərtləşdirən qanun qüvvəyə minib. Yeniliklərə əsasən, hərbi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının reyestrinə daxil edilmiş şəxslər xaricə getmək, öz vəsaitlərindən istifadə etmək, avtomobil idarə etmək, daşınmaz əmlakla bağlı əməliyyatlar aparmaq və sənədləri - pasport və xarici pasport rəsmiləşdirmək hüququnu itirəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar