Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenicag.az saytının 16 yaşı tamam olur

Bu gün Yenicag.az saytının 16 yaşı tamam olur...

2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan, hazırda Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.

Sayt Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri operativ və obyektiv qaydada oxuculara çatdırır.

2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində əlavə versiyaları da fəaliyyətə başlayıb. 2018-ci ildən etibarən Media Qrupunun Yenicag.tv video portalı da fəaliyyətə başlayıb.

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və ölkə xaricində həyata keçirilən beynəlxalq media layihələrində yaxından iştirak edir. Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrin qabaqcıl media qurumları ilə əməkdaşlıq edən “Yeni Çağ” Media Qrupu 44 günlük Vətən müharibəsi zamanı bu əlaqələrindən informasiya savaşında maksimum istifadə edib, Qarabağ həqiqətlərinin operativ şəkildə çatdırılmasında mühüm rol oynayıb.

Bu gün “Yeni Çağ” Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) və Yenicag.tv domenləri daxildir. Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerləri tutan Yenicag.az ayda 2 milyona yaxın internet istifadəçisi tərəfindən ziyarət edilir. Saytın aylıq səhifələnməsi 5-6 milyon arasındadır.

“Yeni Çağ” Media Qrupuna “Terrorun gülən üzü” və “Səssiz İşğal” analitik araşdırma kitablarının müəllifi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü Aqil Ələsgər rəhbərlik edir.

Poliqon.info


Etiket: Yenicag.az


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Ən çox oxunanalar