Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni qanun layihəsi sağlam rəqabət mühiti formalaşdıracaq - Könül İsmayılova 

Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması Azərbaycanın siyasi səhnəsinə yeniliklər gətirəcək və bu sahədə sağlam rəqabət mühiti formalaşdıracaq...

Bu fikirləri "OLAYLAR"-a Müasir Müsavat Partiyasının İdarə Heyətinin üzvü Könül İsmayılova səsləndirib.

O bildirib ki, istər partiyaların dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş say həddinin 1000 nəfərdən 10 min nəfərə qədər artırılması, istər partiya üzvlərinin reyestrinin həyata keçirilməsi, istərsə də digər bu kimi məqamlar bundan sonra siyasi fəaliyyətlə məşğul olmaq istəyənləri də ciddi şəkildə düşünüb sonradan qərar vermək məcburiyyətində qoyaacaq: "Bundan sonra daha heç kim 1000 nəfər yaxın qohum-əqrəbasını toplayıb partiya yarada bilməyəcək. Hesab edirəm ki, qanun layihəsinə təklif edilən bu düzəliş təqdirəlayiqdir. Eyni zamanda partiyaların reyestrinin aparılması da mövcud partiyaların nəyə qadir olduğu, real güc və potensialını üzə çıxarmış olacaq".

MMP rəsmisi onu da diqqətə çatdırıb ki, qanun layihəsinin hazırlanması zamanı ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların mövqelərinin nəzərə alınması, onlardan təkliflərin qəbul edilməsi onu deməyə əsas verir ki, "Siyasi partiyalar haqqında" qanun layihəsi kifayət qədər demokratik və şəffaf şəraitdə hazırlanıb: "Məlum olduğu kimi bu ayın sonunda ölkədə fəaliyyət göstərən siyasi partiyaların iştirakı ilə yeni qanun layihəsinin ictimai dinləməsi keçiriləcək və Müasir Müsavat Partiyası da həmin müzakirələrdə iştirak edəcək. Həmin ictimai müzakirə zamanı bir daha partiyalar qanun layihəsi ilə bağlı öz fikirlərini bildirəcək, mövqelərini ortaya qoyacaqlar".

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Ən çox oxunanalar