Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu

Boks üzrə Azərbaycan yığmasının sabiq üzvü Şahin İmranov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna yeni direktor təyin olunub..

Poliqon sportinfo.az-a istinadla bildirir ki, Gənclər və İdman Nazirliyi bu variant üzərində dayanıb. Nazir Fərid Qayıbov müxtəlif dairələrlə danışaraq, Sumqayıt şəhərindən olan İmranovun müvafiq vəzifəyə keçidinə razılıq alıb.

Bilindiyi kimi, stadionunun direktoru Nadir Quliyev vəzifəsindən gedib. Bu ilin əvvəlində yenidən istifadəyə verilən arenanın rəhbəri öz istəyi ilə istefa ərizəsi yazıb.

Əvvəlki direktorun iş yerindən getmək istəməsi təsadüfən yaranmayıb. Stadionun idarəetməsində ciddi problemlər əmələ gəlib.

Maliyyə cəhətdən yaranan çətinliklər son aylar özünü daha çox büruzə verib. Burada çalışan əməkdaşlar aylardır ki, əməkhaqqı ala bilmirlər.

O cümlədən, kommunal xərclərin ödənilməsi müşkülə dönüb. Bu səbəbdən stadionun müxtəlif dövlət təşkilatlarına böyük miqdarda borcu yaranıb.

Qeyd edək ki, Şahin İmranov 2002-2008-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. İki dəfə Olimpiya Oyunları, iki dəfə dünya, üç dəfə isə Avropa çempionatında mübarizə aparıb.

2008-ci ildə Çində XXIX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub.

Həmçinin 2002-ci ildə Perm şəhərində (Rusiya) və 2006-cı ildə Plovdiv şəhərində (Bolqarıstan) baş tutan Avropa çempionatlarının gümüş medallarına sahib olub.

Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidentİlham Əliyevin Sərəncamına əsasən, "Tərəqqi" medalı ilə təltif edilib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməyəcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay