Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni gətirilən avtobuslar xəttə buraxılıb - Foto

Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir...

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində daşıyıcılar tərəfindən də avtobus parkının yenilənməsi istiqamətində işlər görülür. Bu sektorda çalışan sahibkarlar onlar üçün yaradılan əlverişli biznes mühitinin imkanlarından istifadə edərək ötən dövrdə paytaxtımıza 200 -dən artıq müasir avtobus gətirərək istismara verib. Gətirilən avtobusların Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olması mütləqdir.

Oktyabrın 29-dan 38 nömrəli müntəzəm marşrut üzrə də istismarda olan avtobusların bir qismi yenilənəcək. Xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “İsuzu Citibus” markalı avtobus gətirilib.

"Avro 5" standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

pia.az

Fotolar




Etiket: avtobuslar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ən çox oxunanalar