Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenə rus kəşfiyyatı? – “Bloomberg”

Bugünlərdə ABŞ-ın Respublikaçılar Partiyasının mərkəzi qərargahının məlumat bazasına haker hücumu olub. Novator.az saytı xəbər verir ki, iyulun 7-də ABŞ-ın “Bloomberg” agentliyi bu hücumda Rusiya kəşfiyyatına bağlı hakerlərin əli ola biləcəyi haqda yazı dərc edib.

“Bloomberg” bildirib ki, mərkəzi qərargahın informasiya texnologiyaları sisteminə hücumu ya “APT29”, ya da “Cozy Bear” qruplaşmalarının üzvləri həyata keçiriblər. ABŞ dövlətinin isə əvvəlki hesabatlarından bəlli olduğu kimi, bu haker qruplaşmaları Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə işləyir.

Ötən ilin dekabrında ABŞ-ın bir sıra mühüm dövlət strukturlarının məlumat bazalarına edilən haker hücumlarının məsuliyyəti məhz “APT29” və “Cozy Bear” qruplarının üzərinə düşür.

Respublikaçılar Partiyasının təmsilçiləri bəyan ediblər ki, cinayətkarlar məlumatları oğurlaya bilməyiblər.

Partiyanın mərkəzi aparatının rəhbəri Riçard Uoltersin sözlərinə görə, informasiya texnologiyaları mütəxəssiləri və ABŞ-ın “Microsoft” şirkətinin ekspertləri artıq bütün sistemi yoxlamadan keçiriblər və hakerlərin məlumatları əldə edə bilmədiyi qənaətinə gəliblər.

Rusiyanın ABŞ-dakı səfirliyi “Bloomberg”in hücumda Rusiya kəşfiyyatının əli ola biləcəyi haqda iddiasını “əsassız ittiham” adlandırıb. Səfirlik “Facebook” şəbəkəsində yaydığı açıqlamada “Bloomberg”in jurnalistlərini peşə etikasını qorumağa və əsassız ittihamları dayandırmağa çağırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar