Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşlandığınızı göstərən doqquz bioloji işarə

Alimlər zaman keçdikcə orqanizmin necə dəyişdiyini araşdırıblar

“Bioloji mənada yaş artdıqca yaxşılaşan bir şey tanımıram”. İspaniyanın Onokoloji Araşdırmalar üzrə Milli Mərkəzindən həkim Manuel Serranonun bu fikri adamda ruh düşkünlüyü yaradır. O, Yaşlanmanın Əlamətləri (The Signs of Ageing) adlı yeni bir araşdırmanın müəlliflərindən biridir. Araşdırmada müəlliflər zaman keçdikcə orqanizmimizin daxilində baş verən əsas proseslərin siyahısını təqdim ediblər.

“Bunlar qaçılmaz faktorladır,” Serrano BBC-yə deyib. “Onlar insanların həyat tərzi və genetikasından asılı olaraq müxtəlif şəkildə təzahür edə bilər. Lakin həmişə baş verirlər,” həkim əlavə edib. İnsanlar da daxil olmaqla məməlilərdə yaşlanmanı göstərən doqquz faktor aşağıdakılardır.

1. DNT zədələnməsi artır

DNT-miz hüceyrələr arasındakı genetik koddur. Yaşlanma isə proses zamanı baş verə biləcək mümkün xətalar riskini artırır. Bu xətalar da hüceyrələrdə üst-üstə yığılır. Həmin fenomen genetik qeyri-sabitlik kimi tanınır və daha çox DNT xətalarının kök hüceyrələrə təsiri ilə xarakterizə olunur. Genetik qeyri-stabillik kök hüceyrələrinin funksiyasını təhlükə altına sala bilir. Əgər xətalar yığılarsa, hüceyrə xərçəngə çevrilə də bilər.

2. Xromosomlar köhnəlir

DNT liflərinin uçunda xromosomlarımızı qoruyan başlıqlar mövcuddur – ayaqqabı bağlarının ucundakı plastiklər kimi. Onlar telomerlər adlanır. Yaşa dolduqca bu buferlər yeyilir və xromosomlar müdafiəsiz qalır. Bu isə xromosomların yanlış şəkildə artmasına və beləliklə problemlərə səbəb olur.

Araşdırmanın müəllifləri telomer yeyilməsinin ağ ciyər fibrozu və aplastik anemiya kimi xəstəliklərə yol açdığını düşünürlər. Artıq alimlər telomerlərin ömrünü uzadan telomeraz fermentinin səviyyəsini artırmağa müyəssər olublar. Siçanlar üzərində aparılan araşdırmalar göstərib ki, telomerazları uzatmaqla gəmiricinin də həyatını uzatmaq mümkündür.

3. Hüceyrələrin fəaliyyəti təsirlənir

Orqanizmlərimiz DNT ifadəsi adlı bir proses də icra edirlər ki, bu zaman müəyyən hüceyrənin minlərlə geni hüceyrənin nə edəcəyinə qərar verir, məsələn, dəri hüceyrəsi kimi davransın, yoxsa beyin hüceyrəsi kimi.

Vaxt və həyat tərzi həmin göstərişləri dəyişə bilər. Buna görə də hüceyrələr mükəlləfi olduqları davranışdan fərqli davranış nümayiş etdirə bilərlər.

4. Hüceyrə yenilənməsi qabiliyyətimizi itiririk

Hüceyrələrimizdəki zədələnmiş komponentlərin yığılmasının qarşısını almaq üçün orqanizmimizin ehtiyatı davamlı şəkildə yeniləmək qabiliyyəti var. Amma bu bacarıqlar da yaşlanma əsnasında yavaşıyır. Sonra hüceyrələr gərəksiz və ya zəhərli proteinlər yaratmağa başlayır. Bunların bəziləri isə Alzheimer və ya Parkinson xəstəliklərinə yol açır.

5.Hüceyrə metabolizmi nəzarətini itirir

Zaman, hüceyrələrin piy və şəkər kimi maddələri emalı qabiliyyətinə təsir göstərir. Bu, insanlar hüceyrələrə gələn qida maddələrini metabolizə edə bilməyəndə, diabetin inkişafına səbəb olar bilər. Yaşla bağlı diabet bu səbəbdən kifayət qədər ümumi bir haldır. Yaşlı bədənlər yedikləri hər qidanı həzm və ya emal edə bilmirlər.

6.Mitoxondrinin işi dayanır

Mitoxondriyalar hüceyrələri enerji ilə təmin edir. Lakin illər ərzində onlar da effektivliyini itirir. Onların nasaz işləkliyi DNT-yə də təsir göstərir. Bəzi araşdırmalara görə, mitoxondri funksiyasını bərpa etməklə məməlilərin ömür müddətini uzatmaq mümkün olar. Nature adlı elmi jurnalda iyun ayında dərc olunan bir araşdırmada alimlər iddia edirlər ki, mitoxondrini bərpa edərək siçanlarda qırışların qarşısını ala biliblər.

7. Hüceyrələr zombilərə çevrilir

Çox zədə alan hüceyrə, artıq zədəli hüceyrələr yaratmasın deyə funksiyasını dayandırır. Artıq parçalanmır, bununla belə ölmür də. Bu zombi hüceyrə – yaşlı hüceyrə – ətrafındakı digər hüceyrələri də yoluxdura bilər və iltihab bütün bədənə yayıla bilər. Zaman və yaşla yaşlı hüceyrələrin də sayı artır. Siçanlarda bu cür hüceyrələri yox edərək yaşlanmanın bəzi təsirlərini aradan qaldırmaq mümkün olub.

8. Gövdə hüceyrələrinin enerjisi bitə bilər

Yaşlanmanın ən bariz xüsusiyyətlərindən biri regenerativ potensialın azalmasıdır. Gövdə hüceyrələri sonda yorulur və regenerativ funksiyasını dayandırırlar. Son araşdırmalara əsasən, kök hüceyrələrini canlandıraraq bədənin yaşlanma göstəricilərini əks döndərmək olar.

##relatedPostMilli##

9. Hüceyrələr bir-biri ilə əlaqəni kəsirlər

Hüceyrələr daimi şəkildə bir-biri ilə əlaqə qururlar, lakin bu bacarıq da zamanla azalır. Bu halda iltihablaşma artır və əlaqə üçün əlavə problemlərə yol açır. Nəticə olaraq, onlar patogenlər və pis hüceyrələr haqqında digər hüceyrələrə məlumat ötürə bilmirlər. Serrano deyir ki, daxili yaşlanma ilə bağlı araşdırmalar, orqan və toxumaların ümumi yaşlanması ləngitmək üçün tibbin yeni yollar aşkarlanmasına səbəb olacaq. Proses qaçılmaz olsa da belə, o deyir, “sağlam həyat tərzi” vasitəsilə yüngülləşdirilə bilər. “İndiki dövrdə yaşlı insanlar üçün həyat daha zəngin və sağlamdır. Görə biləcəyimiz ən yaxşı şey isə yaşlandıqda belə, həyatdan həzz almağa çalışmaqdır”, o söyləyir.(BBC Azərbaycanca)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Ən çox oxunanalar