Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaqub Mahmudov və başqa alimlər “Oksford”un saxta titulunu necə alıblar?

Yaqub Mahmudovdan başqa daha hansı alimlər “Oksford”un saxta fəxri professor adını satanların tələsinə düşüb?...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix institutunun direktoru Yaqub Mahmudovla yanaşı daha bir neçə alimimiz Oksford Akademik Birliyinin tələsinə düşüb.

PİA.az xəbər verir ki, bu barədə araşdırmaçı blogger Cavid Ağa bildirib.

Oxucuların diqqətinə çatdıraq ki, Yaqub Mahmudov "Oksford” Akademik Birliyinin fəxri professoru adına layiq görülüb. Bu, onun bioqrafiyasında da qeyd edilib.

Cavid Ağanın apardığı araşdırma nəticəsində isə bəlli olub ki, təsisçiləri Antov Savvov və oğlu İvan Savvov olan "Oksford” Akademik Birliyinin məşhur "Oksford” universitetinə və akademik cəmiyyətə aidiyyatı yoxdur. Birlik sadəcə "Oksford” universitetinin adından istifadə edərək pulla müxtəlif titul və fəxri adlar satır. Titul və fəxri adların qiyməti isə 3000 funtdan (6800 AZN) başlayaraq 9000 funtacan (20 min 500 AZN) artır.

Yaqub Mahmudov bu iddialara cavab versə də, sonradan saytlardan silinib.

Cavid Ağa isə araşdırmalarını davam etdirib. Məlum olub ki, Yaqub Mahmudovdan başqa AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, tibb elmlər doktoru, professor Cəmilə Qurbanova, Azərbaycan Tibb Universitetinin rektoru Akif Süleymanov, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların eroziyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Adil Qəribov və AMEA-nın vitse prezidenti İsa Həbibbəyli də "Oksford” Akademik Birliyindən fəxri ad alıb.

Azərbaycan Dövlət Aqrar Universiteti isə adıçəkilən qurumdan özü üçün Avropanın "Ən yaxşı universiteti” adını alıb. (yenisabah.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar