Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyada qızılın qiyməti yenidən rekord bahalaşıb

Dollar yen qarşısında 1% möhkəmlənərək 1 dollar üçün 133,39-133,41 yen həddinə çatıb...

Yaponiyada qızılın qiyməti investorların bu aktivə artan marağı fonunda yenidən tarixi maksimumunu yeniləyib.

“Report” xəbər verir ki, bunu treyderlərin və ticarətin məlumatları sübut edir.

Ölkənin ən böyük qiymətli metal istehsalçılarından və satıcılarından biri olan Tanaka Kikinzoku çərşənbə axşamı 1 q qızılın pərakəndə satış qiymətini 9 446 yen (indiki məzənnə ilə 70,9 dollar) səviyyəsində müəyyən edib. Sonuncu dəfə tarixi maksimum aprelin 5-də yenilənib.

Bu arada, Tokio Fond Birjasında ticarət milli valyutanın dollar qarşısında zəifləməsi fonunda indekslərin artması ilə açılıb. Ölkənin 225 aparıcı şirkətinin səhmlərinin qiymətlərindəki dalğalanmaları əks etdirən Nikkei indeksi 0,9% bahalaşaraq 27 882 punkta yüksəlib.

Dollar yen qarşısında 1% möhkəmlənərək 1 dollar üçün 133,39-133,41 yen həddinə çatıb. Milli valyutanın zəifləməsinin əsas amili Yaponiya Bankının (mərkəzi bank) yeni rəhbəri Kazuo Uedanın sələfi Haruhiko Kurodanın 10 il ərzində yürütdüyü boş pul siyasətini davam etdirmək niyyətində olduğunu vurğulayan bəyanatları olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ən çox oxunanalar