Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya olimpiada ilə əlaqədar əlavə məhdudiyyətlər tətbiq etdi

Yaponiya hökuməti Tokio Yay Olimpiya Oyunları üçün əlavə məhdudiyyətlər tətbiq edib.

"Report"un "Kyodo"ya istinadən məlumatına görə, söhbət əcnəbi liderlərin tədbirlər zamanı müşayiət qruplarındakı şəxslərin sayının azaldılmasından gedir. Səfirlik nümayəndələrindən dövlət başçılarının müşayiət qruplarındakı üzvlərin sayının 11, nazirlərdə isə 4 nəfərə endirilməsi istənilib.

Daha əvvəl olimpiada təşkilatçıları əcnəbi azarkeşlərin yarışlara gəlişini qadağan etməyi qərara alıblar. Görülən tədbirlərdə məqsəd Yaponiyada koronavirusun yayılmasının qarşısını almaqdır. Yekun qərarın ay ərzində çıxarılacağı bildirilir.

Fevralın 3-də olimpiada zamanı azarkeşlərin qışqırmaları və oxumalarına qadağa qoyulacağına, idmançıların yalnız alqışlarla dəstəklənə biləcəklərinə dair məlumatlar verilib.

2020-ci ilin noyabrında isə azarkeşlərin yarış məkanlarına daxilolma şərtləri açıqlanarkən, tribunalara yalnız koronavirus vaksininin vurulduğuna dair arayışla keçməyin mümkünlüyü vurğulanıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

pia.az 


Etiket: Yaponiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar