Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb...

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağıb.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Şahdağ, Gədəbəydə 3 mm, Sədərək, Şahbuz, Oğuz, Şəki, Altıağac, Qusar, Qrız, Xaltan, Xınalıq, Sabirabad, Şəmkirdə 2 mm-dək olub.

Öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Daşkəsəndə 20 m/s, Naftalan, Culfada 18 m/s, Şahbuzda 17 m/s, Şərur, Naxçıvanda 16 m/s-dək güclənib.

Göygöl, Daşkəsən, Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 36, Aran rayonlarında 35, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

“Murdar ətlər şadlıq evlərinə, uşaq bağçalarına, dönərxanalara...” - Şok açıqlama

Azərbaycanlı aktrisaya aktyor əri maşın hədiyyə etdi - Video

Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - Yenilənib

Ən çox oxunanalar